MDB yaradıcı ziyalılarının və alimlərinin 11-ci forumu

9 Baxış

14761569413713032376_1000x669

Senet.az saytının AZƏRTAC-dan əldə etdiyi məlumata əsasən oktyabrın sonunda Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyi ilə bağlı MDB yaradıcı ziyalılarının və alimlərinin 11-ci forumu keçiriləcək. Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin təşkilatçılığı ilə tarix və mədəniyyət ili çərçivəsində keçiriləcək tədbirdə MDB ölkələrindən, o cümlədən Azərbaycandan 150-dən artıq tanınmış ziyalı, elm və mədəniyyət xadiminin iştirakı nəzərdə tutulur.

Təşkilat Komitəsinin iclasında artıq tədbirin planı, konsepsiya və proqramı təsdiq edilib.

Tədbirdə MDB ölkələri arasında humanitar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.

Qırğızıstanda bu forum 2006-cı ildən hər il keçirilir.

Bölmə : Konfrans