Mehmet Ercan: “Bəlkə, səninlə bir zaman evin kommunal xərclərini ödəyərik” – FOTOLAR

147 Baxış

Türkiyənin tanınmış radio aparıcısı, şair Mehmet Ercanın Kitabevim.az da oxucularla görüşü

11081069_916309575055984_3240156260983969464_nMillət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəvəti ilə “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Türkiyəli ünlü ədiblərin – ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı, esseist və ünlü radio proqram aparıcısı Mehmet Ercan Azərbaycana dəvət olunmuşdur. 20 mart tarixində gənc yazçıçı Mehmet Ercan f.ü.f.d., dos. Şəmil Sadiqin dəvəti ilə ölkəmizin ən böyük kitab mağazası kitabevim.az da olmuş, oxucuları ilə görüşmüş, suallarına cavab vermiş, öz şeirlərini oxumuşdur. Sənət.az həmin görüşü sizə təqdim edir.

Mehmet Ercan: Novruz bayramının Azərbaycanda bu qədər təmtəraqla qeyd olunduğunu bilmirdim. Çox təəccübləndim. Türkiyədə də qeyd olunan bayramlar çoxdur. Məsələn, 23 aprel Uşaq bayramı, 19 may Gənclik və İdman bayramı və s. Amma çox təəssüf ki , ailələr uşaqlarını bu bayrama hazırladıqdan sonra özləri bu bayramda o qədər də iştirak etmirlər. Azərbaycanda Novruzun həm dövlət , həm də xalq tərəfindən coşqu, təmtəraqla qeyd edilməsinə heyran qaldım, sevindim. Məsələn, Tovuzda havanın soyuq olmasına baxmayaraq, uşaqların ailələri ilə birlikdə bayram şənliyinə gəlməsi, xalqın bayrama ciddi hazırlıq görməsi adət-ənənənin, mədəniyyətin yaşadıldığından xəbər verirdi. İlk dəfədir ki, Azərbaycana gəlirəm. Əslində, bura yazıçı olaraq gəlmədim. Düzdür, məni yazıçı olaraq dəvət ediblər, amma Qənirə xanım ( Qənirə Paşayeva) məni dəvət edəndə dedi ki, “Gəlin qardaşlarınızla tanış olun”. Dəvətin bu cümlə ilə başlaması çox önəmlidir. Məsələn, Emel Sayın Bakıdakı konsertindən İstanbula qayıtdıqdan sonra onun qəzetlərdə belə bir müsahibəsi çap olundu “ Bakıda olarkən çox təəccübləndim, orda hər kəs türkcə danışırdı”. Bir sənətçinin gözü ilə o vaxt bu cümlə bir-birimizdən nə qədər uzaq olduğumuzu göstərirdi. Azərbaycanla Türkiyənin bir olmasını istəməyən qüvvələrin əməllərinin nəticəsi idi bu. Amma indi Bakıya demək olar hər gün Türkiyədən biriləri gəlir. Ticarət, təhsil, gəzmək üçün Bakıya gələnlər var. Amma onların Bakıya gəlişi ilə mənimki arasında çox böyük fərq var. Çünki mən Azərbaycanın sevilən millət vəkili tərəfindən Novruz bayramına dəvət edildim. Burda çoxlu dostlar qazandım. Amma bu o demək deyil ki, burdakı mədəniyyətlə tanış olmaq üçün mütləq hər kəs Türkiyədən buraya gəlməlidir. Bir düymə ilə dünyanı izləyə, dünya ilə ünsiyyət qura bildiyimiz bir zamanda yaşayırıq. Burda sosial mediadan tanıdığım dostlarım yaşayır.
“Eşq düşdü” mənim çap olunan 3-cü kitabımdır. İlk kitabım isə “Canıma susuram” adlı şeir kitabı idi. Həmin vaxtlar sosial media bu qədər məşhur deyildi. Kahraman Tazeoğlu ilə birlikdə işləyirdik. Yazılarımı ona göstərirdim, o da oxuyub məsləhətlərini verir, mənə dəstək olurdu. Gənclərin SMS dili deyilən bir dili var. Məsələn, “salam” yazmaq əvəzinə “slm”, “Səlamün əleyküm” yerinə “s.a” deyə cavab verirlər. Bir gün səhnədə məşq edirdik. Mikrofonun işləyib-işləməməsini yoxlamaq üçün ya “P.A”, ya da “S.A” deyirik. Mən “S.A” dedim tamaşaçılardan biri “ A.S , NBR”dedi (Yəni , əleyküm səlam, ne haber (necəsən) ) dedi. 2014-cü ildə sosial media vasitəsi ilə yazdığım yazıları oxuyan bir neçə nəşriyyat tərəfindən mənə təklif gəldi ki, bu yazıları nəşr etdirim.Yazılarımda, şeirlərimdə cinas qafiyə növündən istifadə etdim. Əslində, isə yazdığımın “cinas” olduğunu bilmirdim. Türk dilini 7 yaşımdan sonra öyrənmişəm. Kürd və ərəb dilini yaxşı bilirəm. Azərbaycan dilində məsələn “nuşircan”, “bəxtəvər olmaq” və s. sözvə söz birləşmələri var ki, onları biz də işlədirik.
Şəmil Sadiq: Xoş gəlmisiniz Mehmet bəy! Radio aparıcısı olmağın avantajıdır. Təqdimata ehtiyac olmadı və qonağımız özü birbaşa mətləbə keçdi. Mehmet bəy, Azərbaycanın böyük ədiblərindən biri Cəlil Məmmədquluzadənin dil məsələsinə aid çox maraqlı felyetonu var. Təqribən bu cürdür: “Baxdım, aydınların hamısı türkcə danışır və hamı onları intellekt sahibi kimi görür. Mən də fikirləşdim “İlahi mən nə edim?” Dedim, gedim Türkiyəyə təhsil alıb gəlim və burda aydın deyə sayılıb-seçilim. Çamadanımı yığıb qapıdan çıxanda qonşuluqdakı qoca bir kişi çıxdı qarşıma. Dedi:
-A bala, hara gedirsən
-Türkiyəyə
-Niyə gedirsən?
-Mən türkcə bilmədiyim üçün məni aydın hesab etmirlər. Gedirəm ki, türk dilini öyrənim.
- Oğlum, bu dili bilmək üçün Türkiyəyə getməyə ehtiyac yoxdu.
-Bəs nə edim?
- Bütün fellərin sonuna “yor” şəkilçisini artır olacaq türk dili. Məsələn, gəliyorum, gediyorum.
Baxdım ki, sən demə, mən türkcəni bilirmişəm. Və fikrimdən daşındım.
Sözüm ondandır ki, Mehmet bey, dilimiz eynidir. Sadəcə ləhcələr fərqlidir.
Mehmet Ercan: Nəsə yazsaq da, böyük şair və yazıçılarımızın yanında “Ədəbi əsərlər yazıram” demək ayıb olar. Yəni, məsələn, bir aya yaxın haqqın rəhmətinə getmiş Yaşar Kamalla özümü müqayisə etmək düzgün olmaz. Amma öz üslubumu yaratmağa çalışdım. SMS dili ilə yola çıxaraq düşündüm ki, kəlmələrin fərqli anlamlarda işlədilməsi gəncləri daha çox maraqlandırar. Türkcədə “Sənin için ölərəm” sevgi ifadəsidir. Mən bu ifadəni bu cür yazdım “ Mənim üçün ölərsən deyirdin, mənim üçün öldün”. “Görüşürüz” deyirik mən bu sözü “Gör üşüyoruz” deyə yazdım. Türkiyədə sözlərlə bu cür “oynayan” bir neçə dostumuz var. Mənə zəng edib “Bizə yazmaq üçün bir söz qoymadın, bütün sözlərlə “oynadın” deyə söylədilər.
Mən cinas yazdığımı bilmirəm, çünki nəzəriyəsini oxumadım. Bir gün KRAL FM-də radionu dinləyirdim. Kahraman Tazeoğlu da orda işləyir. Bedirhan Gökçe radioda Cövhər adlı bir həmkarı ilə proqram aparır. Bir gün Cövhərə deyir ki, Mehmet cinas yazıb kitabının adını da “Canıma susuram” qoyub. Yazdığımın cinas olduğunu burdan öyrəndim.

Sosial mediada belə sevgi ifadələri paylaşılır : “Bəlkə səninlə bir zaman evin kommunal xərclərini ödəyərik”. Bu gözəl arzudurmu? ( gülür-red) Xəyala baxın, məqsəd borcu həll etməkdir. Ya da “ Bir gün səninlə eyni evin açarına sahib olarıq”. Mənə görə bir evin həmişə böyüyü olmalıdır. Məsələn, Mahsun Kırmızıgülün “ Bəyaz mələk” filmində bu çox gözəl ifadə edilib. Qoca qadın oğluna deyir: “Biz balaca evlərimizdə gəlin, nəvə, kürəkənlərimizə yer verdik. Siz saray kimi evlərinizin bir küncünə bizi sığdıra bilmədiniz”. “Qapım sən ol” adlı şeiri oxumaq istəyirəm:
… Evimizin bir tək açarı olsun, o da səndə olsun. Sən olmasan mən qapılarda qalım. Evimizə ya səninlə birlikdə ya da sən evdə ikən girməkdən başqa şansım qalmasın. Ya eşikdən birlikdə açaq qapını, ya da sən içəridə ikən qapımı açan ol.
Aşağı- yuxarı istədiyim bu qədər idi. Mən bu istəyimin olmasına həyat deməyə hazır idim. Mənim üçün həyat bir qapı və o qapını açan səndən ibarət idi.
Qapımı açanın sən olmasını istədim. Çilingər kimi deyil. İçəridən; mənimmiş kimi, evimmiş kimi, qoynummuş kimi, yuvammış kimi.
Açarsız qapını açan tapılar, qapısız qalınca dünya qədər küçəyə düşər insan”.
İnsan sevdiyinin dilindən adını eşitdikdə başqa bir hiss keçirir :
“ Adım dilində yenidən bəstələnmiş kimi idi… Adım minlərcə addan bir ad idi….Dilinə düşdüm. Düşmələrin ən gözəli idi. Bir insanın digərinə ilk dəfə səslənməsi qədər özəldi…Adımı dilindən eşitmək qulaqlarıma bayram sevinci idi. Adımın mənası dəyişmişdi. Tək mənası sənin dilində olması idi. Sən adımı səsləyincə sanki heç kimin bilmədiyi, duyğusu bölüşülməmiş türkünü dinləyirdim. Adım yenidən bəstələnmiş kimi idi.”

“Get” adlı bir şeirim var. Amma hələ ki, heç bir kitabda çap olumayıb:
“Yarasını terk eden bir kabuk gibi, acelesi olan bir çabuk gibi, içine dert olayım bir mahçup gibi, sürgünden evine döner gibi git. Kokunu kırk yağmurla yıka üstümden, adımı rüzgara düşür dilinden, qurur duy gitdiyin o emelinden, beni günahınsa sevabına git. Tutunduğum saçından at savur beni, kırıldığım yanından dökül kan gibi, geçmişinde kalmış bir zaman gibi, açıkta bir özneyi gömer gibi git. Silinsin alnından dudak izlerim, başka bakışlara kaysın gözlerin, yanıltmasın seni bana hisslerin, Beni yokmuş gibi anlatmaya git. Sök at beni ciyerinden bir sızı gibi, olmadık bir anda ansızın gibi, bitdimi denirse gibi der gibi, Yeniden bir sayfa açar gibi git. Çık git aklımın sınırlarından, bir daha içime düşmesin yolun, Uzaklaş bu gün ve yarınlarından, doğduğum kalbimde batar gibi git.”
Şəmil Sadiq: Mehmet bey, genclerin yolunu açmaq üçün ilk öncə mən bir sual verim.Çox adam düşünür ki, şairin sevdiyi bir tək qadın var və şair şeirlərini ona yazır. Amma baxırsan ki, şairin sevdiyi bir qadın var və sevdiyinə “Get” deyir. Bu şeiri kimə yazdınız?
Mehmet Ercan: Mənə görə, insan sevilməyə ehtiyac duymaz. İnsan sevməyə ehtiyac duyar. Bir insanı sevə bilərsiniz. O sizdən : “Məni niyə sevirsən” – deyə, soruşa bilməz. Çünki, niyə sevdiyinizi bilməyə bilərsiniz. Leyla və Məcnunda da bu var. Padşah Leylanı və Məcnunu yanına çağırır və Məcnundan soruşur:
- Bu qıza görəmi çöllərə düşdün?
-Padşahım, sən ona mənim gözümlə baxa bilsəydin, belə deməzdin.
İş yerində bir xanım həmkarım radioda başqa birinə sevdalı idi. Amma xanım olduğuna görə sevdiyini etiraf edə bilmirdi. Biz ona dedik ki, ona sevgini etiraf et. Dedi ki, yox. “Söyləsəm ona salam vermə ehtimalım da qalmaz. Çünki bunun qarşılığı olmaya bilər. Ən yaxşısı bu məndə qalsın.”
Mən “Qismətim ol” deyə bir şeir yazdım:
“Ya çekil bakışlarımdan, ya da gör beni… Ya gidenim ol, ya da kaderim. Ya kan ol damarlarıma, ya canımdan ol, yakan ol canımı aşkla, ya da yakma canımı. Ya git sevmeyenim ol, ya da kaderim”.
Bu şeiri həmin xanım həmkarıma yazdım. Yəni bu şeirin mənimlə əlaqəsi yoxdur. İnsanıq və heç bir duyğuya yad deyilik. Şair təkcə öz duyğularını qələmə almır, görüb şahidi oluduğu hadisələri də yazır.
Oxucu: İnsanlar var hansısa acını yaşayarsa və ya sevərsə şeir yazmağa başlayar. Siz niyə şeir yazırsız?

Mehmet Ercan: 2007-ci ildən yazmağa başlamışam. Əvvəllər yazdığım bir neçə şeir var idi. Həyat yoldaşım bunları nəşr etdirdi. 20 ildir ki, radioda aparıcıyam. 16 yaşımdan bu yaşıma qədər fasiləsiz olaraq bu işimi davam edirəm. Məni yazmağa daha çox cəlb edən cinas, sözlərin oyunları oldu.

Şəmil Sadiq: Ədəbiyyatda əzəldən şair olanlar və bir də şeirin necə yazıldğını öyrənəndən sonra şair olanlar var. Məsələn, Baba Pünhan əruz vəzninin nə olduğunu bilmədən bu bu vəzndə şeir yazırdı. Şeirdə ritm və ahəng var. Şairin də özəlliyi odur ki, ritm və ahəngi duya bilsin. O, cinası bilməyə bilər. Ramiz Rövşənin belə bir sözü var: Şair yazdığı kitablara və yazıldığı əsərlərinə görə şair deyil. Şair yaddaşlarda qalarsa şairdir. Sizcə, siz nə qədər yaddaşlarda qala biləcəksiniz?
Mehmet Ercan: Allah məni “mən” deməkdən qorusun. Mən yazaraq, oxunularaq anılacağam.
Oxucu: Hansı futbol komandasının azarkeşisiz?
Mehmet Ercan: “Fənərbaxça” azarkeşiyəm. Futbol komandasına azarkeşlik etməyimin səbəbi radio aparıcısı olmağımdır. Gündəm olduğunda söylənəcək cümləmin olması üçün futbolu izləyirəm. Həm də mən radiodakı fəaliyyətimə idman müxbiri olaraq başlamışdım.
Oxucu: Kitabınızda yazmısınız ki, mən aşiq olmağı deyil, eşqi daha çox sevirəm. Dadını bilmədən şəraba gözəl demək olarmı?
Mehmet Ercan: Mən özümü sevirəm. Görəsən sənin “eşq” dediyinlə, mənim “eşq” dediyimin arasında nə fərq var. Yəni sən nəyə “eşq” deyirsən? Əsl məsələ budur. Yaşadığımız şey eşq olmaya bilər. Bir tarixdə oxuduğumuz eşqlər, bir də yaşadığımız eşqlər var. Bunların hansı eşqdir? İnsanın dəli deyə adı çıxır, divanə olur, yerlə bir olur amma yenə də “mən aşiqəm” deyir. Bəli aşiq olmağa yox, eşqə inanıram. Biz yanlış şeylərə eşq deyirik. Mənim yazdığım “Aşk düşdü” kitabımda Müzəffər adlı birisi bir uşağı anası ilə qovuşdurur. Müzəffərin uşağa kömək etməsi də eşqdir. Eşq başqa bir şeydir. Kitabda anlatmağa çalışdığım da budur.
Sonra oxucular müəllifə kitablarını imzalatdırdılar və şəkil çəkdirdilər.

 

Səma Fuadqızı

 

KÖŞƏ YAZARLARI
TOP 10