Mehriban Ələkbərzadənin quruluşunda yeni tamaşa nümayiş olunacaq

52 Baxış

mehribanNoyabrın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Herostratı unudun” tamaşasının premyerası keçiriləcək.

Senet.az xəbər verir ki, Qriqori Qorinin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadədir.

Səhnə əsərində əsas rolları Əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev və başqaları ifa edəcəklər.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10