Meksika filmləri Azərbaycan dilində – GİRİŞ PULSUZDUR

78 Baxış

MEKSIKADekabrın 7-dən 11-dək Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bakıda Meksika kinosu günləri keçiriləcək.

Ölkələrimiz arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan kino günləri çərçivəsində “Səfil həyat”, “Makario”, “Ümid var”, “Varislər” və “Mirvari” bədii filmləri tamaşaçılara təqdim ediləcək.

Meksika filmləri Azərbaycan dilinə “Lider” televiziyası tərəfindən dublyaj olunub. Filmlərin nümayişlərinə giriş sərbəstdir.

 

 

 

MEKSIKA

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər