Memmed Araz – Bizi Dastan Çağına Aparan Ulu Ozan

31 Baxış

1429537463_m-araz-2

 

Memmed Araz

Memmed Araz – Bizi Dastan Çağına Aparan Ulu Ozan

(Yüzeysel bir karşılaştırma denemesi)

12 il evvel dünya ile vidalaşan Memmed Araz “yaxşı şair yoxdur, yaxşı şeir var” gerçeyini alt-üst eden ozanlardandır. Şübhesiz ki, Memmed İbrahimin hetta Memmed Arazın da “üstüne gelen yazıları”, beyenilmeyen şeirleri olmuşdur ve bu gün de çap edilmiş kitabları arasında o şeirlerden görmek mümkündür. Biz duyğularımızı ağlımızın önüne keçirmekle bizi sevenlerin ehvali-ruhiyyesinde qısa zamanlı memnuniyyetlikler yarada bilerik. Amma bele hereket etmekle uzun vadeli olaraq obyektivliyimize kölge düşüre bileceyimizi de unutmamalıyıq…

Orta esrlerin meşhur Ereb sosiloqu İbn Haldunun maraqlı ve meşhur bir fikri var, texminen deyir ki, “ölkelerin qederlerini onların coğrafiyaları müeyyenleşdirir”. Biz Azerbaycanlılar da qonşusu ve müeyyen derecede tesiri altında olduğumuz ölkenin – İranın qederini (kaderini) paylaşmaq mecburiyyetinde qalmışıq. Deyerlendirme ölçülerimizde ve ifade etme üslubumuzda da “ecem mübaliğesi” yox deyildir. Uc örnekler seçib niyyetimize uyğun yönlendirmelerle “obyektiv” olmağa çalışmaq, subyektivlikden sıyrıla bilmediyimizin ya da sıyrılmaq istemediyimizin sübutudur.

Memmed Araz haqqında ne ise bir şey yazarken “Memmed sever” olmaq, obyektiv olmaqdan daha asandır ve daha memnuniyyet vericidir. Belke de Memmed Araz, poeziyamızın bu cür deyerlendirmeni haqq eden nadir temsilcilerinden biridir. Onun haqqında sert tenqid yazmaq yasaq deyil, amma bu mümkün de deyil. Birincisi, bele bir tenqid üçün fakt tapmaq olduqca çetindir; ikincisi de bele bir fakt arayışına girmek Memmed Araz kimi bir şaire qarşı saygısızlıqdır …

Men bu çox da uzun olmayan yazıda Memmed Arazın 1970-1972 illerde – hele şöhretinin zirvesine tam olaraq qalxmadığı dönemde- yazdığı sadece bir eserinden – Atamın Kitabı poemasından bir neçe xatırlatma ve qarşılaşdırma ile kifayetlenmeye çalışacağam.

Atamın Kitabı – bir kend adamının – el ağsaqqalı ve şairin de atası İnfil Kişi’nin uzun heyatının qısa hekayesidir eslinde. Üstelik bu kend adamı kolxozçudur. Amma bu kolxozçunu Azerbaycan ve ümumiyyetle Sovet edebiyyatının diğer hemkar qehremanlarından ayıran yönleri var ki, deyesen onu bize sevdiren de bu torpaq adamının aykırılıqlarıdır.

Poema iki etirafla başlayır ki bu yaklaşım, edebiyyatımızda özünütenqidin ifadesidir. Onlar Tolstoyun etirafları qeder sert ve acımasız olmasa da semimidir. Burda klassik divan edebiyyatındakı yaklaşımlar kimi – Allaha, peyğembere yalvarışlar olmasa da –dünyanı “fikir dartımı ile fırladan Nizami hikmetleri”nden medet umma var. Başlanğıc üçün, Azerbaycan Sovet edebiyyatının müeyyenleşdirdiyi “şeir sultanı”na – Nizami’ye baş vurmaqla ilk addım atmaq bizce çox meqbul olmasa da itici de deyil. “Meqbul olmamaq” bizim subyektiv fikrimizdir çünki Atamın Kitabı didaktik bir eser deyildir, semimi bir oğuznamedir. Şair ikinci etirafında birinciye göre daha rahat ve semimidir ve mence poema ele buradan başlayır. Memmed Arazın texminen altmış illik edebiyyat heyatında her zaman üzerinde durduğu mövzu – ana torpaq motivi, ikinci etirafın başlarında keçilen metlebdir.

Atamın Kitabı’na oğuzname dedik. Hamının bildiyi kimi, en böyük öğuznamemiz Dede Qorqud Kitabıdır. Dede Qorqud’da Qazan Xanın dağ ile danışması kimi Atamın Kitabı da “iki etiraf”dan sonra “dağ ile üz-üze” söhbetle başlayır… “Men uca dağlara babam demişem” – dağı bir ağsaqqal kimi görme yaklaşımı belke Babadağ’dan da önce dağa baxanda yaşmaq tutan Dede Qorqud qehremanları qız-gelinlerimiz kimi oxucunun bilinç altına yerleşir. Ömrünün 37-38-ci baharını yaşayan bu orta yaşlı gencin – Memmed İnfil oğlunun- dağı ağsaqqal bir baba kimi görmesi, kiçmiş qarşısındakı bu edeb-erkanı oxucunu ilk addımlarda sehrleyir. Bu edeb-erkan ona atalarından, babalarından keçmişdir ki, onlardan biri “o dağ eteyinde / o çay yanında” yaşayan bir qocadır. Eslinde Atamın Kitabı da o qocanın hekayesidir.

1970-72-de – Sovet döneminin, Bolşevik qılıncının en keskin illerinde sosializm reailizmine uyğun bir eser ortaya qoymaq her şairin, her yazıcının mizacına uyğun deyildir. Kasıb bir kend uşağı olaraq dünyaya gelen, ucqar bir dağ kendinde böyüyen, İkinci Dünya Müharibesinin ağrı-acılarını iliklerine qeder hiss eden, sonrakı illerde de atasının sürgün edilmesi ile maddi-menevi sıxıntıları son derece artan İnfil ailesinin ve bu alenin bir ferdi olan Memmed İnfiloğlu İbrahimovun – Memmed İbrahimin – Memmed Arazın Kür kimi delilenmek yerine Araz kimi xan olmaq mecburiyyeti vardı. Memmed İnfiloğlu, ömür boyu daşıyacağı “Araz” texellüsünü doğrultmalıydı. Memmed İnfiloğlu, Araz kimi durğun görünse de (sosializm realizm çerçivelerine uysa da) Araz qeder Küre qovuşmaq, Xezerle bütünleşmek inadında da qetiyyetli idi. Bu menada Memmed Araz şeirinde ümumiyyetle yüksek sesli –deyek ki Bextiyar Vahabzade, Xelil Rza Ulutürk şeirinde sıxca gördüyümüz bir üsyan yoxdur. Zira Atamın Kitabı hem de bir “kolxozçu baba”nın hekayesidir… Amma bu kolxozçu babanın “… qanında / Ne teltife umu / Ne paya tamah” var. Demek ki, şair bize bam-başqa bir “kolxozçu” qocanın hekayesini anlatacaqdır…

Bu ele bir “kolxozçu” qocadır ki, onun axşamlar işden eve qayıdarken corablarından tökülen torpaqları tutiya kimi gözlerine çekmek isteyirsen… Kollektivleşme illerinde (1933-de) dünyaya gelen Memmed İnfiloğlu, Atamın Kitabı’nda xeyali ve mübaliğeli, idealize edilmiş bir qehreman yaratmayıb, gördüklerini diqqetli bir müşahideçi kimi qeleme alıb. İnsanlar zamanlarının övladları olsalar da Atamın Kitabı’nın qehremanı olan, Lenini, Nerimanovu ve Sabiri seven qoca “kolxozçu” “köhne kişi”dir. (Memmed Arazın doğulduğu Nursu kendinde dünyaya gelen yazıcı Elabbas da “Köhne Kişi” ile Atamın Kitabı’ndakı mötedil qehremanın üsyankar ve sert variantını yaradıb). Bu “kolxozçu”nun “Ayaq pençeleri yatmır torpağa / Eyilib illerle xış dabanında. / Yetmiş il, seksen il batıb torpağa / Sazaq – iliyinde / Qış dabanında…”

Bu qocanın mektebe yeni geden oğlu ile “macqal dilinde”ki qısa çöl elifbası söhbeti tekbaşına bir neçe tedqiqatın mövzusudur… Macqal dilli bu söhbetden sonrakı “Lenin babalı” misralar ise ağır oturub batman gelen Xan Araz’ın lal ve sessiz axışından başqa bir şey deyil… Bu misraları bize sevdiren ise onların içinde Sabir’in de olmasıdır…

Atamın Kitabı’ndakı holavarlar bu eserin cütçü (köçeri olmayan) oğuznamesidir ve bizleri uzun esrlerden beri uzaq düşdüyümüz dastan dönemine aparır. Sonra gelen “Ağsaqqal” boyu ise menevi ecdadımız olan Dede Qorqud’un, tekçe yaşadığı yüzillerde deyil bugün de aramızda olduğunu (ola bileceyini) gösterir.

“Kolxozçu” qocanın “traktorçu oğlanla söhbeti” kuşak (nesil) çatışmasının, atalar ve oğullar qarşıdurmasının poetik örneyidir…

Atamın Kitabı oğuznamesinin “Su ile söhbet” boyunda yene Dede Qorqud Kitabı ile kövrek sesleşmeler var. Dede Qorqud’dakı “Qonaq gelmeyen evler yıxılsa yey”in Memmed Araz variantında İnfil Kişinin ömür gün yoldaşı (Cahan) Mahmudqızına qonşusu Mehemmedin balalarının neçe gündür onlara gelmediyinden şikayet etdiyini görürük. Guya ataerkil (erkek egemen / patriarxat / pederşahi) aile quruluşunun hakim olduğu bu oğuznamede (Türk aile yapısında anaerkilliyin hakim olduğu bilinmekdedir. Rehmetlik Süleyman Eliyarlının Dede Qorquddakı anaerkil / matriarxat aile yapısının izlerini inceleyen gözel bir meqalesi var. N.M.) kişinin öz qadınına uyguladığı “şiddet”e baxın: “Bu qapıdan ayaq kesen / her nevenin evezine / – Qisasımı deyim sene: / Her ayağın evezine / Bir pöhreni keseceyem bu bağınnan / Bir kelmeni keseceyem dodağınnan / Bir bayatı keceyem qulağınnan…” Bu misralarda Türkler arasında yayğın olan ağaç kültünü ve Dede Qorqud oğuznamesinde sıxca rastlaşdığımız söz müqeddesliyini açıqca görmek mümkündür…

Sonrakı bölüm İnfil Kişinin artıq heyatda olmayan ömür-gün yoldaşının qebri önündeki hesabatıdır. Yüz yaşı tamam olan bu qoca kişi edeb-erkan sahibi olduğu üçün hele de heyat yoldaşını adı ile çağırmır. Merhume heyat yoldaşına muştuluq verir – ona, Bakıdan bir mektub geldiyini ve bir qız neveleri olduğunu müjdeleyir. Baybura qızı Banuçiçekin dünyaya gelmesi de tekçe ata-anasını deyil, bütün Oğuz elini sevindirmişdi. Dünyaya gelen bu qız ise Ozanın – Memmed Arazın qızıdır – İrade xanımdır. “… Senin kimi davakardı deyirler” misrası ise hem yüz yaşlı Ağsaqqalın, hem de ozanın uzaqgörenliyini gösterir… Bizce bu gün İnfil neslinde Banuçiçeklerin, Selcanların olması da bir tesadüf deyildir…

Atamın Kitabı oğuznamesinin bu boyunda Türk ailesinin müqeddesliyini, qadınlarımızın fedakarlığını, “gelinlerin kişiliyinin başladığı”nı görürük. Halbuki orta esrlere ait başqa bir oğuznamede “Öküz buynuzlu inek südsüz olar / İnek buynuzlu öküz güçsüz olar!” sözleri ile qadınların qadın, kişilerin de kişi kimi olmaları gerekdiğinin altı çizilmişdi. … Atamın Kitabı oğuznamesinde “gelinleri kişi eden” faktör İkinci Dünya Müharibesidir. Burada savaşların, cemiyyetin temellerini laxlatdığı, sosioloji standartları alt-üst etdiyi, insan haqlarını ayaqlar altına aldığı… gerçeyi dile getirilmişdir.

“Kolxozçu” qoca merhum heyat yoldaşından halallıq isteyerken bilinç altında işıq kültünün de müqeddes olduğuna işaret edir: “Bu dünyanın işığını halal ele / Hala ele / Son ayaqda dönüb dağa baxa bilim / Bulaqların gözlerine baxa bilim / Qayalardan baş daşılıq uma bilim / Gözlerimi gün doğana yuma bilim…” Görüldüyü kimi, Atamın Kitabı oğuznamesinin bu misralarında işıq, su, torqaq kültleri ile “Türkler çadırlarının qapısını gündoğana qurardılar / ölülerini üzü gündoğana basırardılar” gerçeyi de dile getirilmişdir…

Atamın Kitabı oğuznamesinin bir qehremanı da şairin / ozanın özüdür. Oğuznamenin “Yeddi ildir anam köçüb bu dünyadan” misrası ile başlayan “Bir xoş yuxu sorağında” boyunda (otuz ilden beri hesret qaldığım anamı yeddi ilden beri itirdiyim üçün oğuznamenin bu boyu mene en doğma olan bölümüdür–NM) möhteşem bir ANA obrazı var. Memmed Arazın “Bacım Gülsüme Mektub”, “Ana Yaşı” ve diger şeirlerini oxuyarken ana itkisini iliklerinize qeder hiss edirsiniz. Oğuznamenin bu boyu Türk edebiyyatında ana ölümü üzerine yazılan en ağrılı, en semimi ve etkileyici menzumelerdendir.

Memmed Arazın meşhur bir şair olmasına baxmayaraq bir övlad kimi özünü mühakime etmesini oğuznamenin “Atamın yüz yaşı” boyunda görürük. Dede Qorqud’da “Qazan Xanın evinin yağmalanması” boyunda Qaraca Çobanın, evi yağmalanan Qazanı danlaması, Qazan Xanın özünün özünü sert tenqidi ile buradakı misralar sesleşir.

Ulu ozan Memmed Araz oğuznamenin “Su üstünde bayatı” boyu ile elimizden tutub bizi dastan çağına aparır.

Atamın Kitabı’nın “Camal Kişi” bölümünde şeher-kend qarşılaşdırması, nesiller çatışması, yeni sosioloji gerçekler, moda tutqusu… dile getirilib.

“Kolxoz sedrine giley”de ise “Bu gün kerentiden yapışmayanlar / Sabah tüfengden de yapışmayacaq” heqiqetini görür ve itirdiyimiz torpaqların bir sebebinin de bu ola bileceyini düşünürük… “Oğullu-uşaqlı yetim ananın / Yoluq çeperini kim toxuyacaq” misralarında ise atılmışlığın, terk edilmişliyin faciesi ile qarşılaşırıq.

Modern oğuznamenin “İntervü” boyunda genç jurnalistle söhbet eden “kolxozçu” qoca bele deyir: “Qoy sene de deyim, bala, bu dağ-dere/ Hay-haraydan uzaq olub min illerle. / Ele bizim babalar da çox yaşayıb / Ezrayılla gizlenpaç da oynamışıq / Çay olanda yaz qudurub, sınıb körpü / Gelemmeyib/ Qışda yolu qar bağlayıb / Ezrayılın köpü sınıb / Gelemmeyib/ Qalıb bir yay, bir de payız – / Onda da ki, elde yaba, oraq, deryaz../ Yaxınlaşa bilmeyibdi qorxusundan / Bax belece ezrayılın pusqusundan / Yayınmışıq…” Atamın Kitabı oğuznamesinin bu misralarındaki “kolxozçu” qocanı Dede Qorqud oğuznamesindeki cesaretli, Ezrayıla bele meydan oxuyan Deli Domrul kimi görürük…

Dede Qorqud Kitabında her boyun sonunda Dede Qorqudun gelib xeyir-dua vermesi ile Atamın Kitabı’nın “Ucalıq haqqında nağıl (neve ile söhbet)” boyu arasında da qeribe bir paralellik var. Didaktik üslub ve ifade terzi her iki oğuznamenin benzer bölümlerinde özünü gösterir.

Atamın Kitabı oğuznamesi Baba dağ (epiloq evezi) boyu ile bitir ve burada “yüz” sayı vesf edilir…

Merhum şairimiz Memmed Arazın Atamın Kitabı poeması ciddi bir söylem analizine tabe tutulub Dede Qorqud Kitabı ile ciddi bir şekilde müqayise edilse Atamın Kitabı’nın da Kitabi Dede Qorqud kimi bir ata kitabı olduğu, şairimizin bir ozan, bu iki eserin de birer oğuzname olduğu ortaya çıxacaqdır.

Ulu ozanımıza Tanrıdan rehmet, onun Dede Qorqud ile birlikde olmasını dileyirik…

Hazırladı: Nazim Muradov

Lefke Avropa Universiteti, dos. Ədəbiyyat bölüm rəhbəri

Bölmə : Redaktorun seçimi
KÖŞƏ YAZARLARI
TOP 10