Məşhur komediya ustası Şon Lok vəfat edib

0 Baxış

hg

 

İngiltərənin məşhur komediya ustası Şon Lok vəfat edib.

AZƏRTAC theguardian.com saytına istinadən xəbər verir ki, tanınmış komediya ustasının ölüm xəbərini onun meneceri bildirib.

Məşhur komediya ifaçısı 58 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, qeyri-real və soyuq zarafatları ilə tanınırdı.

İngiltərənin ən məşhur komediya ustalarından olan Lock müxtəlif televiziya proqramlarında milyonlarla tamaşaçının qəlbinə yol tapmışdı.

Qeyd edək ki, o, 2000-ci ildə “British Comedy Awards” tərəfindən “Ən yaxşı canlı komediya” mükafatını almışdı.

Bölmə : Kino, Sənət