“Mezzo” jurnalının yeni nömrəsi nəşr olunub

18 Baxış

14924257603961628616_1000x669

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi publisistik informasiya jurnalı olan “Mezzo” jurnalının sayca 14-cü buraxılışı işıq üzü görüb.

BMA-dan Senet.az-a bildirilib ki, cari ilin yanvar, fevral, mart aylarını əhatə edən jurnalın bu nömrəsində üç ay ərzində baş vermiş ən əlamətdar mədəniyyət xəbərləri yer alıb. Belə ki, ənənəyə sadiq olaraq jurnalda incəsənət, təhsil, layihələr, şəxsiyyətlərin portretləri, yubileylər, tədbirlər və nailiyyətlər haqqında yeni xəbərlər dərc edilib.

Oxucular jurnalı vərəqləyərkən BMA-da baş tutmuş önəmli tədbirlər silsiləsindən, xarici qonaqların akademiyaya səfərindən, dəyərli musiqi xadimləri və professorların yaradıcılıq fəaliyyətindən, yeni layihələrdən və BMA-nın nailiyyətlərini əks etdirən başqa yazılardan xəbərdar olacaqlar.

KÖŞƏ YAZARLARI
TOP 10