“Mifoloji xaos: strukturu və poetikası” monoqrafiyası nəşr olunub

7 Baxış

57d924ff7e872

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Mifoloji xaos: strukturu və poetikası” monoqrafiyası çapdan çıxıb.

Akademiyadan Senet.az saytına bildiriblər ki, “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunan monoqrafiyanın elmi redaktoru və “Ön söz”ün müəllifi Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, rəyçiləri filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy, filologiya üzrə elmlər doktoru Ramil Əliyev və filologiya üzrə fəlsəfə doktoru Kamalə İslamzadədir.

Monoqrafiyada Azərbaycan folklorunda mifoloji xaosun semantik strukturu və poetikası müasir nəzəri-metodoloji yanaşmalar əsasında araşdırılıb. Tədqiqatda mifoloji xaos və onun kosmoqonik paradiqmaları, mifologiyada xaos semantemi və onun təzahür səviyyələri, folklor yaradıcılığında meydana çıxan mifik-metoforik simvolları müəyyənləşdirilib, həmçinin xaos və kosmosun bir-biri ilə qarşılıqlı müqayisədə spesifik xüsusiyyətləri milli folklor mətnlərinin təhlili əsasında aydınlaşdırılıb.

Yeni nəşr ali məktəb müəllimləri və tələbələr, mütəxəssislər, həmçinin folklor mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bölmə : Ədəbiyyat