Migel Delibesin “Seçilmiş əsərləri”i çap edilib

5 Baxış

e4cdd2004bebd7c7e515d4dbb19f9f5f

Tərcümə Mərkəzi ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabını çap edib. Mərkəzdən Senet.az saytına verilən məlumata görə, kitabı Saday Budaqlı tərcümə edib. Nəşrin redaktoru Mahir Qarayevdir.

M.Delibes “Sərv ağacının uzun kölgəsi” (1947), “Yol” (1950), “Sərsəm” (1953), “Qırmızı yarpaq” (1959), “Beş saat Mario ilə birlikdə” (1966), “Altmış yaşlı həyat aşiqinin məktubları” (1983) əsərlərinin, habelə dünyanın müxtəlif dillərinə tərcümə edilmiş 50-dən çox kitabın müəllifidir. O, 1993-cü ildə Servantes mükafatına layiq görülüb. 1998-ci ildə isə “Kafir” romanına görə Nobel mükafatına namizədliyi irəli sürülüb.

Kitaba daxil edilmiş romanlarda Kastiliya kəndinin problemlərindən, Franko rejiminin gerçəklərindən, bu rejimin insan psixologiyasına təsirindən bəhs edilir. Kitabın elektron versiyası yaxın günlərdə Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanasında onlayn mütaliəçilərin ixtiyarına veriləcək.

Senet.az

 

Bölmə : Əlfəcin