Mikayıl Müşfiq kövrələrək “Stalin əsrinə ithaf etməyə Bir şair ürəyim, bir qələmim var” şeirini oxudu

310 Baxış

       mikayilmusfiq

 Senet.az ədəbiyyat və sənət dərgisi  “Memuar notlar” layihəsində bu dəfə Beydulla Musayevin  “30-cu illər gündəliyindən” seçmələri təqdim edir. Qeyd edək ki, bu material filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədovun şəxsi arxivindən götürülüb. 

Layihənin birinci yazısı: 

Layihənin ikinci yazısı: 

Layihənin üçüncü yazısı:

 Layihənin dördüncü yazısı:

Layihənin beşinci yazısı:

Layihənin altıncı yazısı:

Layihənin yeddinci yazısı:

***

19 may 1935

       Məmməd Rahim   vəziyyətindən şikayət edir. Həqiqətən  qardaşının müsəlmancasına dəfni üstündə onun “Ədəbiyyat qəzetəsi”ndən konsultantlıqdan çıxarılması haqsızlıq və başsızlıqdır. Məmməd Kazım  buna nə üçün yol vermiş? Hətta bu barədə danışmaq üçün Kazıma  telefon etmiş, lakin verdiyi görüş vədinə qarşı “Vışka”(qəzeti – B.Ə.) idarəsində olmamış. Rahim müqəssir Süleyman Rüstəmi görür (Bu adam nə axmaq dozanqurdudur!).

Dünən yeni yazdığı bir şerini  oxumuşdu: metro haqqında. Fikrimi söylədim. Bu gün düzəlişini oxudu. Bu şeiri ilə keçən “Bakı”  şeiri çox xoşuma gəldi. Konkret obraz və şəkillər var.

 

***

 

Erməni səhifəsindəki şeirlər Müşfiqin tərcüməsidir. (­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­  “Ədəbiyyat qəzetə”sinin 17 may 1935-ci il tarixli nömrəsi nəzərdə tutulur. Bu səhifədə Çarensin “Bahar”, “Gələcəyə doğru”, Norensin “Ata”, Tumanyanın “Əski xeyir-dua” şeirlərinin tərcüməsi, bir məqalə, hekayə və bir  çox erməni şair və yazıçılarının şəkilləri dərc edilmişdir. M. Müşfiqin tərcüməsi kimi adı lap aşağıda, səfihənin qurtaracağı yerdə (hətta bəzi nüsxələrdə tamamilə getməmişdir)  verilmişdir. Həmin il qəzetin 12 dekabr tarixli nömrəsində yenidən erməni şairlərinə iki səhifə həsr olunmuşdu. Şeirləri M.Müşfiq tərcümə etmişdi. Səhifənin ən görümlü yerində dərc edilən şeirləri M.Müşfiqin tərcümə etdiyi xüsusi qeyd olunur.)

Dünən məni cəmiyyətdə tutub şikayətlənir. Şeiri tərcümə eləyən mən, ən altda xırda şriftlə mənim adım gedib…  Belə də şey olar? Mən şöhrət üçün demirəm, onsuz da məni tanıyırlar. Şöhrətim var. Ancaq hər şeyin yeri var! Haqlıdır. Qanmamazlıq Y. Şirvanındır.

 

***

 

Yusif  Vəzir Çəmənzəminli  sol gözündə qor qarası altında olan bir damarı göstərdi: “Bax lirə şəklindədirmi?” (həqiqətən, nazik qan damarından lirə şəkili). Bunu mən lap cavanlıqdan görmüş və belə bir əqidəyə gəlmişəm ki, məndən yazıçı olacaq. Inanmaq böyük şeydir.  Insan mütləq bir şeyə inanmalıdır. “İnsan həyatı çox mürəkkəbdir. Xüsusilə, insanlar şəxsi həyatda bir cür rəsmi həyatda bir başqa  cürdürlər”.

Vəzir yaxşı adamdır, səmimidir. Mənə qarşı ayrıca səmimilik əlaqəsi var. “Sən içəri keçəndə otaq da gülür, divarları da, qapılar da…” Bütün enerjisini ədəbi sahəyə verməsinə çox təəssüf edir. Bu saat “Tərtər stroy” yazmaq üçün material toplayır. Keçmişindən danışarkən: “Cavanlığımda şəkilli olduğum üçün 20 yaşına  kimi məni evdən bayıra buraxmayıblar. Arvadlar içində oturmuşam”. “20 yaşında ikən ilk dəfə tanış olduğum rus qadının əlini sıxarkən ayrı bir əhval-ruhiyyə keçirdim, deyirdim: görəsən qadın əli nə cür olur?” “Atam öləndən sonra çox ağır həyat və aclıq keçirmişəm. Ac qalan günlərim çox olmuş”.

V. Hüqonu bu boyda xırda burjua demokratı və humanistinin ölümünün 50 illik yubileyi gedir: “Trujenniki morya”nı oxuyuram. “Literaturnaya qazeta”nın səhifəsini ona həsr etmiş…

… İnsan nə qəribə məxluqdur!

Kürəmizdə bir parça torpaq ayrıla və bütün dünyaya belə xəbər verilə: “Bu yerdə nə istəsə edə bilər”. Qəribə bir hal olar!

 

***

27 aprel, 1936

 

 

Yeni moda formalizm və naturalizm əleyhinə mübarizə “Pravda”da bu barədə bir-iki məqalə yazıldı. Hər tərəfə küy düşdü. Oldu, olmadı, axtar tap, tapmasan… “Tənqidçilərimiz” də ki, bunu Allahdan istəyirdi. Nazim, M.Hüseyn və i.a. beyinlərdə toz basmış, kiflənmiş arxivlərin qapıları anıldı. Minlərcə dəfə deyilmiş, çeynənmiş fikirlər təkrar həyəcanlı, hiddətli ifadələrlə ortalığa atıldı. Qapışdılar, döyüşdülər, çeynəşdilər. Lakin ortalıqda yeni heç şey yox. Keçmişdə olduğu kimi bəziləri haqlı, bəziləri haqsız yerə söyüldü. H.Cavidin əsərləri Əli Nazim tərəfindən formalist adlandırıldı. H.Cavid qızdı. Söymədisə də söyüşdən pis söz oldu. Çəmənzəminli də elə. Sanılı da. Ancaq naturalizmin banisi olan Qantemir gəlməmişdi. Onsuz da haqqında danışılacaq sözləri bilirdi.

Neçə gün davam edən, hələ də qurtarmayan bu müşavirə tənqidi fikrimizin nə dərəcədə zəif, dayaz, sönük, kasıb, miskin, hətta yaltaq, ikiüzlü, prinsipsiz olduğunu bu qədər aydın və “kütləvi” şəkildə göstərməmişdi. Yenə də Nazim gah nala, gah mıxa döyürdü. Ədəbiyyat xristian atiyasında Mayakovskini proletar şairi iddia edən bu adam başqalarını bu fikirdə ittiham edirdi. Taqsırını üzünə çırpdılar. Xülasə, tənqid deyil… Zorlama yazıçıların əsərlərində formalizm və naturalizm axtarılır. Bütün başqa məsələlər də buna çatış-bunaş olub gedir.

Elan asılıdı, kağıza qol qoyuldu, sabah formalizm və naturalizm əleyhinə çağırılmış müzakirəyə gəlin. Bu hazırlıq ilə necə keçə bilərdi?

Nəsrə heç toxunmadılar. Heç kəs, heç kəsin əsərini (nəsri) oxumur. Şeiri də ona görə oxuyurlar ki, görək sabah yeri gəlsə filankəsə necə çəkə bilərəm.

Yazıq bizə!

 

***

21 aprel, 1937

 

Yeni il çox yeniliklər gətirdi. Azərnəşrin direktoru Əsəd Axundovun kabinəsinə çağırılmış yazıçılar, redaktorların yığıncağında S.Vurğunun bir az da qüvvətli xarakteristikası üzrə məni bədii ədəbiyyat şöbəsinin müdir müavini götürməli oldular. Yeni adam – Şamilov Ələkbərlinin yerinə gəlmiş adam – razılıq verdi. Etiraz etməməsinə səbəb vardı. Məqaləsini tənqid etmiş, qəzetə buraxmamışdım.  O zamandan yeni vəzifədə işləyirəm. Eyni zamanda redaktoram. “Nağıl və dastanlar” və b. redaktə etdim. Lakin müavinlik məsələsi çox vaxt aldığından və şöbədə fikri iş üçün şərait olmadığından 2 dəfə çıxmaq üçün ərizə verdim. Rədd edildi. Əsədin fikri məni Arifin yerinə keçirməkdir. Yoldaşların yanında şöbədə dedi. Qəti etiraz etdim. son ayda Əsəd məni çox qiymətləndirir. Ən məsul kitabları mənə redaktəyə verir. Əsəd həssas, ağıllı, təcrübəli işçiləri anlaya bilən işçidir. Belə işçilərimiz çox olaydı… Bu adam işlə yanır. Bütün varlığını işə qurban edir. Bir neçə gün əvvəl də Sabit Rəhman məni Azərkinoya resenziya yazmağa çağırdı. İşimin çoxluğuna baxmayaraq bir vətəndaş kimi kino işlərini yüksəltmək məqsədi ilə xahişi qəbul etdim. Bir ssenariyə ətraflı resenziya yazdım. Dubinskilər qohum-əqrəbasını, dostunu, bir sözlə julikləri başına toplayıb Azərfilmi talayıb çapırmış. Milyonlar yemişlər. Mən bizim baş idarəyə təəccüb edirəm… Mənim resenziya yazdığım axmaq bir şeyə, antisovet, əksinqilabi bir zibilə 10 min qabaqcadan almış…Belələri tək deyil. S.Rəhman və M.K. indi Azərfilmi zibillərdən təmizləyir. Yazıçıları cəlb edir. Dubinskiləri Azərfilmdə işləyən julikləri görəndə insan heyrət edir. Bu qədər də həyasızlıq, qanmazlıq olarmış…

4-5 gündür ki, Yazıçılar İttifaqının plenumu gedir. Plenum əsasən Moskvada Puşkin yubileyinə həsr edilmiş plenuma həsr olunsa da söhbətləri ədəbiyyatımızda bir neçə adamların işi ətrafında gedir. Ə.Cavad, Y.Vəzir, S.Hüseyn və M.Müşfiq. Bunlar haqqında həmçinin “Yeni yol”da, həm kommunistdə məqalə çıxmışdı burada Əhməd Cavad, Yusif Vəzir və Seyid Hüseyn əsasən sovet tematikasına yaxınlaşmamaqda müsavat firqəsini ifşa etməməkdə töhmətləndirirlər. Haqlı töhmətdir. Aydın görünür ki, bu adamlar keçmişindən əl çəkə bilmirlər. Xüsusən Ə.Cavad. Lakin M.Müşfiqin onlara qatılması haqsızlıqdır. Bunu hamı etiraf etdi.

Plenumda Müşfiqin çıxışı oldu. Ədəbiyyat tariximiz bu çıxışı qeyd edəcək, Müşfiq çox səmimiyyətlə məruzəsində, dünyabaxışında olan təzadları boynuna aldı. Beyinim irəli aparırsa, bəzən qəlbim buna mane olur dedi. Ancaq məni yandıran bir şeydir: məni ölkəmin ögey oğlu kimi qarşılayırlar. Həm məni…” Səsi titrədi, gözləri yaşardı. Müşfiq çıxışının səmimi olduğunu hamı etiraf etdi. Çıxışında əvvəldən axıra kimi hamını sarsıtdı, çoxlarının gözü yaşardı. Mən də onlardan biri oldum. Onun buraxdığı dərin, sarsıdıcı təsir ömrüm olduqca yadımdan çıxmaz. Çıxışını yazmış olduğu rübailəri oxumasıilə qurtardı.

Nə bir həsrətim var, nə bir qəmim var

Dostlarım bilir ki, nə aləmim var

Stalin əsrinə ithaf etməyə

Bir şair ürəyim, bir qələmim var və s.

 

 

***

21 aprel, 1937

4-5 gündür ki, Yazıçılar İttifaqının plenumu gedir. Plenum əsasən Moskvada Puşkin yubileyinə həsr edilmiş plenuma həsr olunsa da söhbətləri ədəbiyyatımızda bir neçə adamların işi ətrafında gedir. Ə.Cavad, Y.Vəzir, S.Hüseyn və M.Müşfiq. Bunlar haqqında həmçinin “Yeni yol”da, həm kommunistdə məqalə çıxmışdı burada Əhməd Cavad, Yusif Vəzir və Seyid Hüseyn əsasən sovet tematikasına yaxınlaşmamaqda müsavat firqəsini ifşa etməməkdə töhmətləndirirlər. Haqlı töhmətdir. Aydın görünür ki, bu adamlar keçmişindən əl çəkə bilmirlər. Xüsusən Ə.Cavad. Lakin M.Müşfiqin onlara qatılması haqsızlıqdır. Bunu hamı etiraf etdi.

Plenumda Müşfiqin çıxışı oldu. Ədəbiyyat tariximiz bu çıxışı qeyd edəcək, Müşfiq çox səmimiyyətlə məruzəsində, dünyabaxışında olan təzadları boynuna aldı. Beyinim irəli aparırsa, bəzən qəlbim buna mane olur dedi. Ancaq məni yandıran bir şeydir: məni ölkəmin ögey oğlu kimi qarşılayırlar. Həm məni…” Səsi titrədi, gözləri yaşardı. Müşfiq çıxışının səmimi olduğunu hamı etiraf etdi. Çıxışında əvvəldən axıra kimi hamını sarsıtdı, çoxlarının gözü yaşardı. Mən də onlardan biri oldum. Onun buraxdığı dərin, sarsıdıcı təsir ömrüm olduqca yadımdan çıxmaz. Çıxışını yazmış olduğu rübailəri oxumasıilə qurtardı.

 

 

Bu günkü iclasda S.Məcid Qənizadə yaxınlaşıb dedi: “İndi mən başa düşdüm, nə tələb olunur”. İndi başa düşdüm… Yazıq! “Gəlinlər həmayili”nə təzədən baxdım. 4 aydır ki, üstündə işləyirdim, dünən qurtardım. Sabah gətirəcəyəm.

Dilbazi Mirvarid bizə verdiyi şeir kitabçasından çox ehtiyat edir. Yenə düzəltmək istəyir (neçə dəfə düzəltmiş!) Çox qorxur. Nədən? Yəqin ki, yazıçılarına inanmır. Bu onun zəifliyindən irəli gəlir.

Ruhulla Axundov və “silahdaşları” Azərbaycan xalqına nə böyük zərərlər vermiş… İnsan eşitdikcə heyrət edir. Nə yaramazlıqlar, nə xəyanətlər etmişlər. Heç gözləmək olardımı? İnsanı tanımaq nə qədər çətin bir şey… nə qədər ayıq olmaq lazım…Azfanda törətdikləri bataqlıq. Qəsdən işi axsatmaq. Xalqı narazı salmaq. Nə alçaq hərəkətlər. Nə haramzadə “metodlar”!

S.Rüstəm yaxınlarda ADDT direktoru təyin edilmiş. Plenumda iştirak edənləri “Hacı Qara”ya qonaq elədi. Bu böyük əsər qabiliyyətsiz, küt, anlaqsız, qanacaqsız Darablının əlində (rejissor) nə çirkin bir şəkil almış!!! Adam baxdıqca əti tökülür…

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10