Mikelancelo onunla danışmaqdan imtina edən heykəlin barmağını qırdı

71 Baxış

1Senet.az məşhur rəsm əsərləri haqqında maraqlı faktları təqdim edir:

 

 

 

 

 

 

 

 

 

 

 

Renessans dövrünün məşhur heykəltaraşı Mikelancelonun Davud heykəlindən sonra yaratdığı bu əsər, mərmərin necə ipək kimi qıvrım-qıvrım qıvrıla bildiyini göstərir. Mikelancelo illərini vediyi bu əsəri tamamladıqdan sonra, heykəlin qarşısında dayanır və deyir: “Danış mənimlə Musa! Məndən nə istəyirsən? De!” Əlbəttəki, Musa ona cavab vermir. Mikelancelo yenidən “Məndən nə istəyirsən? Danış mənimlə” deyir. Səssizlikdən əsəbləşən Mikalancelo əlindəki ağır çəkici Musa heykəlinin sağ ayağına vurub, baş barmağını qırır. Ancaq sonra Mikalancelo o barmağı bərpa edir. 

2

 

 

 

Querin bu rəsm əsərini 25 yaşında olarkən çəkib. Markus uzun illər yaşadığı sürgündən qaçır. Günlərlə piyada yol getdikdən sonra  evinə gəlib çatır. O, qızı, arvadı üçün darıxırdı. Evinə girəndə arvadının cansız bədənini yerdə görür. Qızı qadının ayaqları altında ağlayırdı. 

5

 

 

 

Albreçt Dürenin bu əsəri ilk baxışdan diqqət cəlb etmir. Çünki burada təsviredilən əli gənc rəssamı belə çəkə bilər.  Ancaq bu rəsmin məşhurlaşmasında hekayəsinin böyük rolu olub. 15-ci əsrdə maddi vəziyyətləri yaxşı olmayan Dürer ailəsinin iki uşağı Albert və Albreçtin hər ikisinin uşaqlıqdan rəssamlığa marağı var idi. Bu iki gəncin ən böyük xəyalı şəhərdəki İncəsənət Akademiyasında oxuyub rəssam olmaqdı. Ancaq ailəsini güc-bəla ilə dolandıran ata oğlanlarına təhsil verə bilmirdi. Bir gün iki qardaş öz aralarında razılığa gəlirlər. Razılaşmaya əsasən, püşk atacaqlar və püşkdə adı çıxan akademiyaya, digəri isə mədənə işləməyə gedəcək. Qələbə Albreçtin oldu. O, akademiyanı bitirməmiş məşhurlaşdı. Qardaşına bundan sonra təhsil ala biləcəyini dedi. Qardaşı Albert isə bunun mümkün olmadığını, mədəndə işləməkdən əllərinin məhv olduğunu bildirdi. Bu sözlər Albreçtə  böyük təsir etdi. Bu hadisədən sonra “Dua edən əllər” əsərini yaratdı. 

1

 

 

 

Pablo Pikasso klassik rəssamları inkar edirdi. Klassik sənətdə krallar, şahzadələr təsvir edilirdi. Pikasso 20 yaşına qədər klassik sənəti öyrənmiş, sonradan Kubizm cərəyanını inkişaf etdirmişdi. Bu əsər də o dövrə aiddir. Burada Pikasso klassik rəssamların əksinə xüsusi xarizması olmayan, çəlimsiz bir gənci təsvir edib.

4

 

 

 

Fotokameranın icadından sonra rəssamlıq  yeni mərhələyə qədəm qoymuşdu. Bir çoxları bu icaddan sonra rəssamlığa ehtiyac olmadığını düşünsə də, rəssamlar bu vəziyyətdən çıxış yolu tapa bildilər. “Yarpaq nə rəngdədir? Yaşıl? Həmişəmi yaşıldır? Səhər yaşılın bir tonu, axşam isə başqa tonundadır”. Beləliklə rəssamlar yeni cərəyan yaratmış, alətlərini də götürərək təbiətin qoynuna çıxmışdılar. 

3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Rəssamlıq
KÖŞƏ YAZARLARI
TOP 10