Min il sonra üzə çıxan mahnı- Video

13 Baxış

Sam Barretİngiltərədə XI əsrdən qalma mahnının əksik notları tamamlanıb. Antik Roma dövrünə aid fəlsəfə kitabına qulaq asmaq üçün yazılan “Təsəlli mahnısı”nın bəzi notları min il sonra üzə çıxıb.

Kembric Universitetinin musiqişünas alimi Sam Barret XI əsrdən qalma bir mahnıya yenidən can verib. “Təsəlli mahnısı” adı verilən əsər Antik Roma filosofu Boethiusun “Fəlsəfənin təsəllisi” adlı kitabını müşayət etmək üçün yazılıb.

Belə ki, intibah dövründə bəzi yazıçıların əsərləri oxunarkən müşayətedici melodiyalar çalmaq bir adət idi. Bunun sayəsində mətnlərin oxunaqlığı və axarlılığı təmin edilirdi. Buna görə də sözləri latınca olan mahnının melodiyası olduqca sadədir.kayip-sarki

Barret mahnını əlindəki məlumatlar əsasında yenidən nota ala bilmək üçün 20 il çalışıb. Həmin məlumatlar əsasında mahnının melodiyasını tam əvvəlki formasına salmaq mümkün olmurdu.
Kembric Universiteti kitabxanasından oğurlanan sənədləri axtarmağa başlayan Sam Barret onların 1840-cı ildə  Almaniyadakı bir kitabxanaya aparıldığını öyrəndi. Elə mahnının əksik olan səhifəsinin tapılması işi də bundan sonra sürətləndi.

Barret bir saatlıq mahnının təqribən 90 faizini tamamladığı düşünür.  Mahnını səsləndirmək üçün orta əsrlər musiqisini yaxşı bilən sənətkarlarla birgə çalışan Barret 3 nəfərlik qrupla mahnını ilk dəfə canlı şəkildə bütün dünyaya təqdim edib.