Milli Azərbaycan Tarixi Muzeyində qiymətli eksponatların sayı artır

17 Baxış

muzey eksponatSon zamanlar Milli Azərbaycan Tarixi Muzeyi qeyri-adi qiymətli zərgərlik məmulatları və bəzək əşyaları ilə zənginləşir.

Muzeyin saytında yerləşdirilən məlumata görə, bu yaxınlarda Muzey tarixi əhəmiyyətə malik milli zərgərlik məmulatı olan sinəbənd, Rusiya məmulatı olan ətir qabı və Avropa dövlətlərinə məxsus olan qadın əl çantası əldə etmişdir. Mütəxəsisslərin dediyinə görə, bu qiymətli materiallar XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olunduğu müəyyənləşdirilmişdir.

Qızıl suyuna salınmış gümüş sinəbənd şəbəkə işləmədir. 10 ədəd dörd ləçəkli gül formalı lövhənin hər birinin üzərinə  1 ədəd qaş bərkidilmiş, lövhələrin üzəri balıq formalı, fiqurlu asmalar və xırda mirvarilərlə bəzədilmişdir. Sinəbəndin mərkəzi ikiqat şəbəkəli olub, gül təsvirli lövhəyə rəngli qaşları olan ay-ulduz, üzərinə isə mirvari ilə bəzədilmiş balıq asmalar düzülmüşdür. Çəkisi: 104,7 qr.-dır.

Rusiyaya məxsus ətirqabı gümüşdəndir, göy, ağ, qırmızı minalıdır. üzərində 916 əyar damğası var. Çəkisi 21,6 qr.-dır.

Avropa dövlətlərinə xas olan gümüş metaldan qadın əl çantası kiçik ölçülü, narın tordandır. Çantanın forması açılıb bağlanandır, çəkisi 48 qr.-dır.

Bölmə : Sənət xəbər, Tarix