Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri işıq üzü görüb

6 Baxış

Tarix muzey nəşrAMEA Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın ilk peşəkar arxeoloq və muzeyşünası Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V Respublika elmi konfransının materialları işıq üzü görmüşdür. Muzeydən açıqlanan məlumata görə, toplunun məsul redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

Qeyd etmək lazımdır ki, V Respublika Elmi Konfransında muzeydə çalışan, eləcə də respublikanın digər yerlərdən iştirak edən tədqiqatçı-alimlərin məruzələri dinlənilmişd. Məqalələr müxtəlif sahələrə aid olub, əsasən tarix elminin təbliğinə və tədqiqinə yönəldilmişdir. Kitab 400 səhifədən ibarətdir, burada 50-ə yaxın tədqiqatçı-alimin azərbaycan və rus dillərində elmi məqalələri dərc olunmuşdur.

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan məqalələr toplusu Azərbaycan tarixşünaslığının, mədəniyyətinin öyrənilməsində Azərbaycan elminə dəyərli tövhədir.