Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Böyük Britaniyanın məşhur “Qlobus” teatrı və Makedoniyada fəaliyyət göstərən teatrlardan biri ilə danışıqlar aparır.
Teatrın direktoru, professor İsrafil İsrafilov bildirib ki, kollektiv yeni mövsümdə maraqlı tamaşalarla sənətsevərlərin görüşünə gələcək: “Hazırda teatrımızda yeni tamaşaların məşqləri başlayıb. Yeni mövsümdə Makedoniyada fəaliyyət göstərən teatrlardan birinin bizim teatra qonaq gəlməsini gözləyirik. Artıq dəvətimiz qəbul edilib. Böyük Britaniyanın dünyaca məşhur “Qlobus” Teatrına da dəvət göndərmişik. Akademik Milli Dram Teatrı dünyanın aparıcı teatrları ilə əməkdaşlıq etmək niyyətindədir “.
İ.İsrafilov deyib ki, yeni mövsümdə xarici teatrları dəvət etməkdə məqsədləri tamaşaçılara maraqlı səhnə əsərləri təqdim etməkdir.
“Bayraq geyilməz, bayraq doğranmaz, bayraq yeyilməz…” – Təranə Arifqızı
26 Yanvar 2021 13 BaxışSenet.az oxucularına tanınmış şairə, Təranə Arifqızının "Bayraq geyilməz, bayraq
Davamına bax