Milli Dram Teatrının direktoru işdən çıxarıldı

55 Baxış

israfilAzərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vəsifəsindən azad edilib. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və direktoru təyin olunub.

Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub.

Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilənin müddəti uzadılmayıb.

Bölmə : Sənət xəbər