Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında “Əliağa Kürçaylı – 90” adlı kitab sərgisi açılıb. Sərgi Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının anadan olmasının 90 illiyinə həsr olunub.
Kitabxanadan Senet.az-a bildirilib ki, sərgidə şairin Azərbaycan və rus dilində çap olunmuş əsərləri, sözlərinə yazılmış musiqilərin diskləri, redaktoru olduğu, tərcümə etdiyi, “Ön söz” yazdığı kitablar və şair haqqında ayrı-ayrı müəlliflərin yazdığı kitablar, qəzet-jurnal materialları yer alıb.
Sərgi bir həftə davam edəcək.