Mayın 15-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümumtürk və Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, türkoloq, professor Bəkir Çobanzadənin anadan olmasının 125 illiyinə həsr olunan “Bəkir Çobanzadə-125” adlı sərgi açılıb.
Kitabxanadan Senet.az-a verilən məlumata görə, sərgidə alimin Azərbaycan, rus və digər dillərdə əsərləri, tərtib və redaktə etdiyi, həmçinin haqqında olan kitablar nümayiş olunur.
Qeyd edək ki, sərgi bir həftə davam edəcək.