Milli Kitabxanada “Lütfi Zadə-95″ adlı sərgi açılıb

8 Baxış

Lütfi ZadəAzərbaycan Milli Kitabxanasında azərbaycanlı alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Əsgərzadə) anadan olmasının 95 illiyi münasibətilə “Lütfi Zadə-95″ adlı sərgi açılıb.

“Report” xəbər verir ki, sərgidə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olan dünya şöhrətli alimin həyat və elm yolundan bəhs edən kitablar, sənədlər nümayiş etdirilir.

Sərgi bir neçə gün davam edəcək.

Bölmə : Sənət xəbər