Milli Qəhrəman Rafiq Alıcanov haqqında sənədli film çəkilib

0 Baxış

hg

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən olan sənədli filmlərin çəkilişləri davam edir. Bu silsilədən “Salnaməfilm studiyası”da ekranlaşdırılan növbəti film “Oğuz elinin qəhrəmanı” adlanır.

Senet.az xəbər verir ki, “Oğuz elinin qəhrəmanı” filmi Milli Qəhrəman Rafiq Alıcanov (1965-1993) haqqındadır. Rafiq Alıcanov zabit kimi Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilanda və Naxçıvanda döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.

Filmin çəkilişləri Milli Qəhrəmanın doğulduğu Qazax rayonunda və Bakıda aparılıb. Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Bölmə : Kino, Sənət