Milli rəssamlıq məktəbinin öncülü – Nadir Əbürrəhmanov

129 Baxış

ksXHmsp1k7gSenet.az Xalq rəssamı, Əməkdar incəsənət xadimi, professor Nadir Əbdürrəhmanovun əsərlərini təqdim edir:

 

 

 

 

 

Nadir Əbdürrəhmanov 1925-ci il, dekabrın 5-də Laçında anadan olub. O, kiçik yaşlarından rəssamlığa maraq göstərib.

scajrrln

 

 

Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olub. Daha sonra Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

Nadir_Əbdürrəhmanov_-_Sevimli_naxışlar

 

 

O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs deyib,  1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışıb, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olub.

ksXHmsp1k7g

 

 

1960-cı ildə rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə isə xalq rəssamı fəxri adlarını layiq görülüb. 

FbP2x6uz-D0

 

 

Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynayıb. Onun müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub.

aKcYEz8-Nf4

 

 

Nadir Əbdürrəhmanov 2008-ci ildə vəfat edib

868kmoga

 

 

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10