Milli Xalça Muzeyində “Xalça sənəti – mənaların təkamülü” sərgisi açılacaq

0 Baxış

xalcha muzeyi

 

Sentyabrın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti – mənaların təkamülü” adlı sərginin açılışı olacaq.

Muzeydən Senet.az-a bildirilib ki, layihə bu ilin yayında Kazan Kremli Muzey-Qoruğunda (Tatarıstan) nümayiş etdirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu, Tatarıstan Respublikasının paytaxtında Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı ekspozisiya olub.

Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirəcək. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və “CHINGIZ” yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir.

hg

Müasir rəssam xalqının ənənələrinin və mədəniyyət normalarının daşıyıcısı olaraq, eskizləri və onların əsasında toxunmuş xalçalarda öz ornament dilini və xalçanın yeni dramaturgiyasını yaratmış olur. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni, müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir.

Sərgini müşayiət edən sənədli filmdə “CHINGIZ” tamaşaçılarla yaradıcılıq prosesinin sirləri ilə bölüşəcək, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edəcək.

Sərgi ziyarətçilər üçün sentyabrın 24-dən oktyabrın 17-dək açıq olacaq.

Bölmə : İncəsənət
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10