“Min bir gecə” baleti Rusiyada nümayiş olunacaq

1 Baxış

hg

 

Yanvarın 22-23-də dünyaca məşhur Mariinski Teatrının yeni səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Min bir gecə” baleti nümayiş olunacaq.

Mədəniyyət Nazirliyindən Senet.az-a bildirilib ki, tamaşa Mariinski Teatrının Primorsk səhnəsinin heyətinin ifasında təqdim ediləcək. Bu quruluşda “Min bir gecə” baleti ilk dəfə 2020-ci ildə teatrın bədii rəhbəri və baş direktoru, dünyaşöhrətli dirijor Valeri Gergiyevin dəvəti ilə səhnələşdirilib.

Tamaşanın quruluşunu Rusiyada yaşayan həmyerlimiz, tanınmış baletmeyster, Mariinski Teatrının Primorsk səhnəsinin balet truppasının bədii rəhbəri Eldar Əliyev həyata keçirib.

Qeyd edək ki, “Min bir gecə” baleti 2020-ci ildə “Mariinski. Vladivostok” V Beynəlxalq Festivalın açılış günü nümayiş olunub.

Bölmə : Sənət, Teatr
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10