“Min möhtəşəm günəş” adlı ikihissəli dram nümayiş olunacaq

11 Baxış

1496751166447612345_1000x669

İyunun 7-də Azərbaycan teatrı tarixində ilk dəfə olaraq C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda görkəmli əfqan yazıçısı Xalid Hüseyninin bestselleri əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” adlı ikihissəli dramı oynanılacaq.

Teatrdan Senet.az-a bildirilib ki, layihənin rəhbəri və tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, rəssamı Məhsəti Eldarovadır.

Əsər Əfqanıstan müharibəsinin qurbanı olmuş iki qadının həyat hekayəsi fonunda mövcudluq uğrunda, cəmiyyətlə, həyatla dramatik savaşıdır. Rollarda Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Nigar Mirzəyeva, Məryəm Qələndərova, Səmayə İsmayılova, Əhliman Ərşadlı, Natiq Həziyev, Niyaməddin Səfərəliyev və başqaları çıxış edəcəklər.

Tamaşa S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.

KÖŞƏ YAZARLARI
TOP 10