Mingəçevirdə yazıçılarla görüş keçirilib

39 Baxış

1

Mingəçevir şəhər, 7 saylı orta məktəbdə yazıçılarla görüş keçirilib. 

Görüşdə f.ü.f.d., dos., yazıçı Şəmil Sadiq, dedektiv yazıçı Müşfiq XAN  və Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Anar İsmayılov açıb. O, qonaqları salamladıqdan sonra şagirdlərə yazıçılar barəsində geniş məlumat verib.

Daha sonra Şəmil Sadiq və Müşfiq XAN çıxış ediblər. Görüş şagirdlərin sualları ilə davam edib.

Sonda yazıçılar şagirdlərə imzalı kitablarını hədiyyə ediblər. Xatirə fotosu çəkilib səfər çərçivəsində yazıçılar Mingəçevirin görməli yerləri ilə tanış olublar.

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10