Minskdə Nizami Gəncəvinin abidəsi ucaldılıb

1 Baxış

hg

 

Belarusun paytaxtı Minsk şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılıb.

AZƏRTAC xəbər verir ki, abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək hazırlanıb. Abidə şəhərin mərkəzi hissələrinin birində – Azərbaycanın Belarusdakı səfirliyinin binası yaxınlığında ucaldılıb.

Müəllifi Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov olan abidənin hündürlüyü postamentlə birgə 3,5 metrdir.

Yaxın zamanlarda abidənin rəsmi açılışının olacağı gözlənilir.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10