Mircəfər Bağırovun Səməd Vurğun haqqında izahatı: “O, qatı millətçi kimi necə vardısa, görünür, elə də qalıb…”

388 Baxış

1458651770_54053

Sene.az öz oxucularına Mircəfər Bağırovun böyük Azərbaycan şairi Səməd Vurğun haqqında Sov.İKP-nin Nəzarət Komitəsinə 1954-cü ildə yazdığı izahatı tədqim edir.

1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifa-dələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yol-daş Stalinin sanksiyası onu cəza orqanlarının həbsin-dən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad olub geri dönmə-lərinin bir yolunu tapmaq olmazmı? Ondan ötəri ki, so-nuncu, onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəl-mişkən Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat partiyasının liderlərindən idilər. Bununla bağlı biz onu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir…

Millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez tənqid et-mişəm… O, qatı millətçi kimi necə vardısa, görünür elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı…

Məlumat: M.C.Bağırovun Sov.İKP-nin Nəzarət Komitəsinə 1954-cü ildə yazdığı izahatdan götürülüb.

KÖŞƏ YAZARLARI
TOP 10