Mirzə Ələkbər Sabir – 155

35 Baxış

1401420882_1360922144_554414_10151424440907604_832696786_n

30 may 2017-ci ildə böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) anadan olmasının 155 illiyi tamam olur.

Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır.

Senet.az bu münasibətlə oxucularına  M.Ə.Sabirin bir neçə şeirlərini təqdim edir.

 Adəmi adəm eyləyən parədir

Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,
Baş ayaq eyb içində olsan da –
Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın
Atəşi-xanə suzi-millət ikən –
Hər kəsin sacdəgahıdır xakın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,
Ta ki, var əldə beş puçuq quruşun –
Mötəbərsən gözündə əşrafın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,

Millət necə tarac olur olsun, nə işim var?!

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim domlanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzili-məvada tərəqqi,
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,
Bizdə edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Bilməm nə görürdür bizim oğlan oxumaqdan?!

Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!

               Dəng oldu qulağım!
Jurnal, qəzetə, hərzəvi hədyan oxumaqdan
               İncəldi yşağım!
Əqlin aparəb bəs ki, baxır gündə qərayə,
               Ya rəb, nə həmaqət,
Söz etməz əsər, çarə qalib imdi duayə,
               Tədbir elə, övrət!
Lənət sənə, ifritə, sənindir bu cəhalət.
               Etdin nə vəyanət!
Səndən törənibdir bizim evdə belə bidət,
               Ey mayeyi- hiylət!
Dutsun çörəyim gözlərinin ağü qarasın,
               Ey həmsəri- bədxah!
Haşa, oda yaxmaz ana istəkli balasın,
               Kəssin səni allah!
Bu tifli oxutmaqlığa etdin məni tərgib,
               Hər eylədin iğva.
İmdi nədi fikrin? İşimiz oldu bu tərkib,
                çarəsi əsla.
Heyhat ki, tədbir ola da xanəxərabə,
               Zail olub əqli.
Dərsə, qəzetə, məktəbə, jurnalə, kitabə
               Mail olub əqli.
Yıxdın evimi, eylədin övladımı zaye,
               İş keşdi məhəldən.
Mən anlamıram elm nədir, ya ki sənaye,
                bu əməldən!
İstərdim o da mən kimi bir hörmətə çatsın,
               Dünyadə dolansın;
Ta qol gücünə malik olub şöhrətə çatsın,
               Azadə dolansın;
Bir vəqtidir imdi ki, olub Rüstəmi- dövran,
               Bir ad qazanaydı;
Qarətlər edib ta ki, tapaydı sərü saman,
               Bir şey də qanaydı.
Puç eylədin, övrət, bu gözəl, sadə cəvani!
               Dilbilməz oğul, vay!
Rəngi saralıb, qalmıyıb əsla yarı cani,
               Bir gülməz oğul, vay!
Ax, naxələf oğlum, nə çətin məşqə düşübsən,
               Ey kaş, usanaydın!
Quidurluğa yox, elmə tərəf eşqə düşübsən,
               Bu qübhü qanaydın!
Ey nuri- düçeşmim, oxumaqdan həzər eylə,
               Saləh vələd ol, gəl!
At min, hünər öyrəş, məni də bəxtəvər eylə,
               bələd ol , gəl!
Bəsdir oxudun, az qala canın tələf oldu,
               Bu kardan əl çək!
Yazmaq, oxumaq başına əngəl- kələf oldu,
               Əşardan əl çək!
Min elm oxuyub söz biləsən hörmətin olmaz
               Bu dari- cəhanda;
Söz bəhrinə gövhər olasan qiymətin olmaz
                bu zəmanda.
Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,
               Canın bəcəhənnəm!
Mırt- mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!
                dəmadəm,
                elm fərahəm,
               Ol qüssəyə həmdəm;
Ömrün olacaq kəm,
Düşmən sənə aləm!..

Amma, millət a!

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….
Az zamanda nə sərəncam etdi?! Amma, millət a!….
Öz gücün hər qövmə ifham etdi?! Amma, millət a!….
Varlığın mərdanə elam etdi?! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Basdı, keçdi əhli-İran qatladı hər milləti,
Bildi qədrin, aldı haqqın, qovzadı milliyyəti,
Aldığı məşrutəni parlatdı parlaq qeyrəti,
Əhsənüllah, himməti-tam etdi?! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….

İş başında əyləşən kəslər xəyanətdən səva,
Vay, yanıldım, qoy deyim, hə, lap sədaqətdən səva
Etməz oldu bir nəfər olsun da xidmətdən səva,
Var-yoxun həp bəzli-islam etdi! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi! Amma, millət a!….

Əql heyrandır ki, saysin bir-bir əhrarın işin,
Qanmaq olmur, anlamaq olmur Sipəhdarın işin,
Yefremin, ya Bağırın, yainki Səttarın işin,
Mərhəbalar! Vəh, nə əncam etdi! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….

Eyləsin Səttarü Bağır başqa bir iyma, neçin?
Ya hökumət eyləsin əhrarlə dəva, neçin?
Qanmıram, əlqissə, sərdari-Bahadir ya neçin
Bağırı təslim Səmsam etdi?! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….

Get, daha ol arxayın, yat, eyləmə sərsəm, kişi!
Parladı, meydana çıxdı millət, etmə qəm, kişi!
Qoy bizi təqdir edib də söyləsin aləm, kişi,
İktisabi-izzəti-nam etdi! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….

KÖŞƏ YAZARLARI
TOP 10