MİRZƏ CƏLİL MƏMMƏDQULUZADƏNİN YARADICILIĞINDA SƏRXOŞ-AYIQ, DƏLİ-AĞILLI QARŞIDURMASININ SİNTEZİ

67 Baxış

mehdi

Bö­yük azər­bay­can­lı, mü­tə­fək­kir-ya­zar Cə­lil Məm­məd­qu­lu­za­də mü­ra­ci­ət et­di­yi bü­tün ədə­bi növ­lər­də ədə­biy­ya­tı­mı­zın na­dir in­ci­lə­ri­nə çev­ril­miş bə­dii nü­mu­nə­lər qə­lə­mə al­mış­dır. Ədib çoxçeşid­li janr ya­ra­dı­cı­lı­ğı, zən­gin bə­dii üs­lu­bu, özü­nə­məx­sus­lu­ğu, bən­zər­siz sü­jet və kompozisiyala­rı ilə söz sə­nə­ti­mi­zin eta­lo­nu­na, mə­hək da­şı­na çev­ril­miş­dir.

Mir­zə Cə­lil Məm­məd­qu­lu­za­də əsər­lə­rin­də ya­şa­dı­ğı, mü­şa­hi­də et­di­yi, mü­da­xi­lə et­mək is­tə­di­yi ta­ri­xi-ic­ti­mai döv­rün so­si­al hə­ya­tı­nın ko­lo­ri­ti­nin – sa­də, avam kənd­li­dən bə­yə, xa­na, qa­zı­ya, ha­ki­mə; adi he­sab əmə­liy­ya­tı­nı bil­mə­yən “saq­qal­lı uşaq”dan mü­əl­li­mə, pro­fes­so­ra; sa­də­lik və pak­lıq mü­cəs­sə­mə­si gül­ba­har­lar­dan, naz­lı­lar­dan fı­rıl­daq­çı­lı­ğı və şə­ri təm­sil edən şeyx nəs­rul­lah­la­ra, şeyx əh­məd­lə­rə; cə­ha­lə­tə və xu­ra­fa­ta qur­şan­mış, söz­də mö­min olan mə­şə­di­lər­dən, kər­bə­la­yı­lar­dan, ha­cı­lar­dan vic­da­nın, id­ra­kın və el­min işı­ğın­da ay­dın­la­nan mol­la ab­bas­la­ra, ca­han­gir­lə­rə, is­gən­dər­lə­rə qə­dər cə­miy­yə­tin bü­tün ic­ti­mai tər­ki­bi­nin mü­fəs­səl bə­dii təs­vi­ri­ni ver­miş­dir.

Ədi­bin ya­ra­dı­cı­lı­ğı­na ümu­mi nə­zər ye­tir­dik­də or­ta­ya qo­yu­lan prob­lem­lə­rin bir ço­xun­da ilk ola­raq qütb­ləş­mə, qar­şı­dur­ma və əks tə­rəf­lə­rin bi­ri-bi­ri ilə mü­ba­ri­zə­si diq­qə­ti çə­kir. Bu, an­tik yu­nan fəl­sə­fə­si­nin ya­ran­dı­ğı dövr­dən gü­nü­mü­zə­dək uni­ver­sal id­rak me­to­du, hə­rə­kət və in­ki­şaf haq­qın­da elm olan dia­lek­tik fəl­sə­fə­nin əks­lik­lə­rin vəh­də­ti və mü­ba­ri­zə­si qa­nu­nu ilə səs­lə­şir. Cəlil Məmmədquluzadənin 2004-cü ildə nəşr edilən “Əsərləri” toplusunda yer alan “Ər” pye­sin­də Mür­şid da­yı­nın di­lin­dən ve­ri­lən “… De­mok­rit­çi­lər, ta əv­vəl VII əsr­dən fi­lo­sof­la­rın axı­rın­cı­sı He­ge­lə­dək ya­ran­mış hər bir təs­niy­yə üsu­lu ilə şərh edi­lər­di və heç bir vaxt fi­lo­so­fi­ya el­min­də vəh­da­niy­yə­ti qə­bul et­məz­di­lər. …” söz­lə­rin­dən mə­lum olur ki, ədib bu qə­dim fəl­sə­fə el­mi­nin bü­tün ta­ri­xi in­ki­şaf pro­se­si ilə ya­xın­dan ta­nış­dır. Dia­lek­tik mən­ti­qin ilk ge­niş sis­te­mi­ni ya­rat­mış He­ge­lə qə­dər bu el­min ta­ri­xi­ni və ma­hi­yə­ti­ni mə­nim­sə­miş, hə­qi­qə­ti dər­ket­mə üsu­lu ki­mi bu me­tod­dan is­ti­fa­də et­miş­dir.

Zeynəddin Hacıyevin “Fəlsəfə” adlı kitabına nəzər yetirdikdə bir çox müqayisələrin anlamına bir daha diqqət yetiririk. “Dia­lek­ti­ka­nın mə­nə­vi ata­sı” olan Efes­li He­rak­li­tə gö­rə, dün­ya­da hər şey can­lı ilə ölü, oyaq ilə ya­tan, gənc­lik ilə qo­ca­lıq, ac­lıq ilə tox­luq, yor­ğun­luq və is­ti­ra­hət, gö­zəl­lik və ey­bə­cər­lik, tə­miz­lik və çir­kin­lik və sa­ir bir-bi­ri­lə mü­ba­ri­zə­də­dir”.

Bu fəl­sə­fə­yə gö­rə, zid­diy­yət­lər mü­əy­yən müd­dət har­mo­ni­ya içə­ri­sin­də da­vam edir. Son­ra­kı pro­ses­lər­də tə­rəf­lər­dən bi­ri­nin la­büd hə­rə­kə­ti nə­ti­cə­sin­də har­mo­ni­ya dis­har­mo­ni­ya ilə əvəz­lə­nir, nə­ti­cə­də qar­şı­dur­ma və mü­na­qi­şə ya­ra­nır. Hə­qi­qət isə əks tə­rəf­lə­rin üz-üzə gəl­mə­si və mü­ba­hi­sə­si ilə, yə­ni dia­lek­tik vəh­dət nə­ti­cə­sin­də or­ta­ya çı­xır.

“Ölü­lər”də “di­ri­lər”lə “ölü­lər”, “Də­li yı­ğın­ca­ğı”nda “ağıl­lı­lar” və “də­li­lər” əv­vəl­cə har­mo­ni­ya içə­ri­sin­də ya­şa­yır­lar. Qütb­lər­dən bi­ri hə­rə­kə­tə keç­mə­yin­cə – Şeyx Nəs­rul­lah ca­hil in­san­la­rın ba­şı­nı ölü di­rilt­mək oyun­la­rı ilə piy­lə­mə­miş­dən, Fa­zil Mə­həm­məd öz iy­rənc niy­yə­ti­ni ger­çəkl­ləş­dir­mək üçün qur­du­ğu plan­la­ra baş­la­ma­mış­dan əv­vəl kef­li İs­gən­də­rin ki­mə­sə “tfu si­zin üzü­nü­zə” de­di­yi­ni, ya­xud də­li­lə­rin ağıl­lı­la­ra qar­şı hər han­sı mü­ba­ri­zə­yə baş­la­dı­ğı­nı gör­mü­rük. Yal­nız har­mo­ni­ya po­zul­duq­dan son­ra toq­quş­ma ya­ra­nır, mü­na­qi­şə­dən hə­mi­şə id­ra­kın kö­mə­yi ilə haq­lı olan tə­rəf, hə­qi­qət qa­lib çı­xır. Bu, bir növ ağın nə qə­dər ağ ol­du­ğu­nu mü­qa­yi­sə et­mək üçün mü­şa­hi­də apa­ran tə­rə­fə bu rən­gi ən kəs­kin qa­ra fon­da təq­dim et­mə­yə bən­zə­yir.

“Ölü­lər” tra­gi­ko­me­di­ya­sın­da­kı Kef­li İs­gən­dər ob­ra­zı Pla­to­nun “Döv­lət” əsə­ri­nin 7-ci böl­mə­sin­də­ki məş­hur “Ma­ğa­ra al­le­qo­ri­ya­sı”nda ma­ğa­ra­dan çı­xa­raq göz­lə­ri gü­nə­şin işıq­la­rın­dan qa­ma­şan, hə­qi­qə­tin mən­bə­yi­ni gö­rən, kai­na­tı dərk edən in­sa­nı xa­tır­la­dır. Kef­li İs­gən­dər də öz “pla­to­nik ma­ğa­ra­sı­na” qa­yı­da­raq, ma­ğa­ra­da­kı­la­ra ger­çək­li­yin nə ol­du­ğu­nu izah et­mə­yə ça­lı­şar­kən heç kəs ona inan­mır, onu ələ sa­lır, is­teh­za ilə ya­na­şır və öz­lə­rin­dən təc­rid edir­lər. “Ata­sı Ha­cı Hə­sən, ana­sı Kər­bə­la­yı Fat­ma xa­nım, şə­hər sa­kin­lə­ri Mə­şə­di Oruc, Mə­şə­di Bax­şə­li, Ha­cı Kə­rim, Ha­cı Ka­zım, Mir Ba­ğır ağa ki­mi “di­ri ölü­lər” İs­gən­də­rə də­li ki­mi ba­xır”. Kər­bə­la­yı Fat­ma xa­nı­mın “Buy, ay uşaq, ba­şı­ma xe­yir! Bu gə­də lap də­li olub. Adə, Əli, gəl bu sə­fe­hi çı­xar sal eşi­yə!” söz­lə­rin­dən gö­rü­rük ki, bu mü­na­si­bə­ti İs­gən­dər ilk də­fə ən ya­xın in­san­lar­dan, doğ­ma­la­rın­dan görür.

“Ölü­lər”də və ədi­bin di­gər əsər­lə­rin­də zid­di­yət və qar­şı­dur­ma­lar za­hir­də müx­tə­lif for­ma və ad­lar­la tə­za­hür et­sə də, ba­tin­də sa­də­cə ağ­lın və mən­ti­qin möv­cud­lu­ğu və qey­ri-möv­cud­lu­ğu ara­sın­da­dır.

Mir­zə Cə­li­lin “Çay dəs­ga­hı” mən­zum al­le­qo­ri­ya­sı ilə baş­la­yan dra­ma­tur­gi­ya­sı bö­yük in­ki­şaf yo­lu keç­miş, “Ölü­lər” tra­gi­ko­me­di­ya­sın­dan son­ra “Də­li yı­ğın­ca­ğı” pye­si ilə öz ku­li­mi­na­si­ya­sı­na çat­mış­dır. “Ölü­lər”dən “Də­li­lər”ə (“Də­li yı­ğın­ca­ğı”nın il­kin va­ri­ant­lar­da adı məhz “Də­li­lər” ol­muş­dur.) ke­çid tə­sa­dü­fən baş ver­mə­miş­dir. Kef­li İs­gən­də­rin sər­xoş­lu­ğu və Mol­la Ab­ba­sın özü­nü də­li­li­yə vur­ma­sı mü­əy­yən mə­qam­lar­da ey­niy­yət təş­kil edir. La­kin Kef­li İs­gən­dər bu mü­ba­ri­zə­də cə­sa­rət tap­maq üçün iç­mir­di. Ya­xud Mol­la Ab­bas tək­cə ar­va­dı Pır­pız So­na­nı mü­da­fiə et­mək üçün özü­nü də­li­li­yə vur­ma­mış­dı.

Hə­qi­qə­ti bü­tün ay­dın­lı­ğı ilə dərk edən, cə­miy­yət­də­ki ça­tış­maz­lıq­la­rı, na­qis­lik­lə­ri, iy­rənc­lik­lə­ri və bü­tün bun­la­ra sə­bə­biy­yət ve­rən xü­ra­fa­tı, möv­hu­ma­tı və cə­ha­lə­ti bü­tün çıl­paq­lı­ğı ilə gö­rən bu şəxs­lər bir növ ağ­lın, mən­ti­qin, dər­ket­mə­nin gə­tir­di­yi əzab­lar­dan ­­– an­la­maq dər­din­dən uzaq­laş­maq üçün sər­xoş­lu­ğa, ax­maq­lı­ğa, də­li­li­yə üz tu­tur­du­lar. Su­al ya­ra­na bi­lər ki, ni­yə məhz mü­ba­ri­zə yo­lu­na yox, ya­yın­maq me­to­du­na əl atır­lar. Ca­vab isə mü­əl­li­fin söz­lə­ri ilə de­sək “əz­hər mi­nəş-şəms­dir”, yə­ni gün işı­ğı ki­mi or­ta­da­dır. Çün­ki on­lar cə­ha­lət­lə tək­ba­şı­na vu­ruş­ma­ğın an­lam­sız ol­du­ğu­nu tək­cə dərk et­mir­di­lər, həm də hə­min şəxs­lə­rin bu­na də­fə­lər­lə cəhd et­dik­lə­ri­ni və uğur­suz ol­duq­la­rı­nı İs­gən­də­rin məş­hur mo­no­lo­qun­dan da açıq-aş­kar duy­maq olur: “Bu­nu bi­li­rəm ki, mən heç bir şe­yəm. Mən çöl­lə­rin otu­yam, kü­çə­lə­rin tor­pa­ğı­yam, dağ­la­rın da­şı­yam, kol­la­rın ko­su­yam, ağac­la­rın qur­du­yam. Mən dün­ya­da heç bir şe­yəm. Əgər mən bir şey ol­say­dım, ci­bim­dən bir bom­ba çı­xa­rıb (əli­ni uza­dıb ci­bin­dən araq şü­şə­si­ni çı­xar­dır) bu evi bir sa­ni­yə­nin için­də ha­va­ya da­ğı­dıb, İs­fa­han lo­tu­su­nu kər­pic­lə­rin al­tın­da di­ri-di­ri dəfn edər­dim. … Yox, yox, o, mə­nim işim de­yil. O, igid işi­dir. Siz tək ca­maa­tın da igi­di mə­nim tək olar”.

İc­ti­mai fi­kir ta­ri­xi­nə ya­xın­dan agah olan is­gən­dər­lə­rə yu­xa­rı­da qeyd et­di­yi­miz pla­to­nik ma­ğa­ra­dan çı­xan bil­gə­nin, Sok­ra­tın, Cor­da­no Bru­no­nun və baş­qa­la­rı­nın mü­ba­ri­zə­lə­rin fa­ciə­li aqi­bə­ti mə­lum idi. La­kin on­lar hə­yat­la­rı ba­ha­sı­na ol­sa da, mü­ba­ri­zə­dən çə­kin­mir, sa­kit­lik po­zu­lan ki­mi, la­büd qar­şı­dur­ma­da öz möv­qe­lə­ri­ni or­ta­ya qo­yur­du­lar.

Cəlil Məmmədquluzadənin “Əsərləri” toplusunda yer alan digər “Ölü­lər” əsə­ri­nin bi­rin­ci pər­də­sin­də mü­əl­li­min İs­gən­dər­dən Mir­zə Cə­la­la dərs­lə­ri­nə can yan­dır­ma­sı üçün nə­si­hət et­mə­yi­ni xa­hiş edən­də, İs­gən­də­rin ca­va­bı be­lə olur: “(Uca­dan qah-qah çə­kib gü­lür) Mə­gər Mir­zə Cə­lal gör­mür ki, elm­li in­san bir qə­pi­yə dəy­mə­z? Xa… xa… xa… Hər kə­sin ki, el­mi var, onun hör­mə­ti yox­du; hər kə­sin ki, hör­mə­ti var, onun da el­mi yox­du. Xa… xa… xa… İn­san ona de­yər­lər ki, nə el­mi ola, nə hör­mə­ti ola. Xa… xa… xa…”.

İs­gən­də­rin “in­san ona de­yər­lər” de­di­yi, el­mi və hör­mə­ti ol­ma­yan­lar kim­lər idi bəs? Ca­vab də­li­lər­dir. Ka­mil­lik mər­tə­bə­si­nə ça­tan in­san bu dün­ya­ya xoş­bəxt ol­maq üçün gəl­mə­di­yi­ni, la­kin ona da­im əzab ve­rən şe­yin an­la­maq, bi­lik al­maq, elm öy­rən­mək odu­ğu­nu dərk edir. İs­gən­dər ar­tıq el­mə yi­yə­lə­nən və ya yi­yə­lə­nə­cək olan in­sa­nın bu əzab­la ömür bo­yu ya­şa­maq məc­bu­riy­yə­tin­də ola­ca­ğı­nı an­la­yır­dı. Bu­nu qar­da­şı­na de­di­yi aşa­ğı­da­kı söz­lər­dən açıq­ca gör­mək olur: “…Cə­lal, ay Cə­lal! İn­di sən mən­dən qa­çır­san, de­yir­sən ki, mən kef­li­yəm; am­ma and ol­sun Qa­ra ağac pi­ri­nə ki, sən də mə­nim ki­mi dərs oxu­yub qur­ta­ran­dan son­ra, baş­la­ya­caq­san İs­gən­dər da­da­şın ki­mi küp­lə­rin di­bin­də yat­ma­ğa. …” .

Di­gər tə­rəf­dən, cə­miy­yət için­də hör­mə­ti olan­lar – pe­do­fil şeyx­lər, ağ­zın­dan süd iyi gə­lən öz doğ­ma­ca qı­zı­nı söz­də mö­min, əs­lin­də isə fı­rıl­daq olan lo­tu­nun ota­ğı­na gön­dər­mə­yə ha­zır olan ha­cı­lar, ölən qar­da­şı­nın ar­va­dı­na, mal-mül­kü­nə sa­hib çıx­mış mə­şə­di­lər, ar­va­dı­nı, ana­sı­nı dö­yə-dö­yə öl­dü­rən kər­ba­la­yı­lar İs­gən­də­ri na­ra­hat edir­di. Bu cür hör­mə­tə sa­hib ol­maq və be­lə əməl­lə­rə qol qoy­maq in­san­lı­ğa ya­raş­ma­yan zid­diy­yət­lər idi.

Muxtar Kazımoğlu İmanov “Gülüşün arxaik kökləri” adlı kitabında bu mövzuya geniş aydınlıq gətirmiş və kitabda qeyd etdiyi kimi “Ölü­lər”də­ki sər­xoş­lu­ğun son­ra­kı əsər­lər­də “özü­nü də­li­li­yə vur­maq”la fik­ri­nə bildirməyə keçəcəyi əvvəlcədən mü­şa­hi­də olunmuşdur. Mir­zə Cə­lil Məm­məd­qu­lu­za­də­nin ya­ra­dı­cı­lıq fəa­liy­yə­tin­də­ki ar­tan düz­xət­li in­ki­şaf tem­pi­ni göz önü­nə ala­raq de­yə bi­lə­rik ki, ölü­lər­dən də­li­lər alə­mi­nin təs­vi­ri­nə ke­çid ədə­biy­yat ba­xı­mın­dan uğur­lu ta­pın­tı­dır. İs­gən­də­rin və­ziy­yət­dən çı­xış yo­lu ki­mi, kef­li­lik se­çi­mi­nin ira­di se­çim ol­du­ğu­nu ət­raf­da­kı­lar dərk edir, bu­na gö­rə onu ilk für­sət­də qı­na­yır­dı­lar. Sər­xoş ol­maq ke­çi­ci idi və çox vaxt onun qo­ru­yu­cu qal­xa­nı al­tın­da giz­lən­mək gü­vən­li de­yil­di. Sər­xoş ol­maq o de­mək de­yil­di ki, eh­tiy­ya­tı əl­dən ve­rib, is­tə­di­yi­ni de­yə bi­lər­sən. “Də­li­lik” isə ta­ma­mi­lə ye­ni, da­ha ge­niş üfüq­lər do­ğu­rur­du.

Hər şey­dən əv­vəl, onu qeyd et­mək la­zım­dır ki, də­li­lik özü öz da­xi­lin­də zid­diy­yət ya­ra­da­raq qütb­lə­şir. Re­nes­sans döv­rü hu­ma­niz­mi­nin bö­yük təm­sil­çi­lə­rin­dən olan Rot­ter­dam­lı Erazm (De­si­de­ri­us Eras­mus) 1509-cu il­də qə­lə­mə al­dı­ğı və gü­nü­mü­zə­dək ak­tu­al­lı­ğı­nı itir­mə­yən, fa­na­tiz­mə qar­şı ya­zıl­mış ən möh­tə­şəm əsər­lər­dən bi­ri olan “Də­li­li­yin tə­ri­fi”ndə də­li­lik məf­hu­mu­nun çox ge­niş iza­hı­nı ver­miş­dir. Yu­mo­ris­tik tərz­də ya­zı­lan əsər­də iki əsas fi­kir var: bi­rin­ci­si, əsl müd­rik­lik də­li­lik­dir, ikin­ci­si isə özü­nü müd­rik he­sab et­mək əsl də­li­lik­dir. Ki­tab həm­çi­nin oxu­cu­nun qar­şı­sı­na bu sua­lı qo­yur: İn­sa­nın bü­tün zin­cir­lər­dən və bo­yun­du­ruq­lar­dan xi­las ol­ma­sı­na və müt­ləq azad­lı­ğa qo­vuş­ma­sı­na zə­min ya­ra­dan şey də­li­lik de­­yil­­mi­­? Bu fi­kir­lər­dən son­ra özü­nü öy­mək üçün söz də­li­li­yə ve­ri­lir. Də­li­li­yin di­lin­dən ve­ri­lən fi­kir­lər­də də­li­lik hə­yat­dan zövq al­ma­ğı, əy­lən­cə­ni, şəh­va­ni hiss­lə­ri tə­rif­lə­yir, uşaq­lıq­da, yaş­lı­lıq­da, dost­luq­da, eşq­də və ev­li­lik­də, mü­ha­ri­bə­də və sülh­də in­san­la­rın ira­də­si­nə ne­cə sa­hib ol­du­ğu­nu və on­la­rı ne­cə xoş­bəxt et­di­yi­ni izah edir.

“Ər” pye­sin­də əsəb xəs­tə­xa­na­sı­nı mü­di­ri, pro­fes­sor Mir­zə Ər­val­lah xa­nın tə­lə­bə­lə­ri­nə ru­hi xəs­tə­lik­lər­dən təf­si­lat­lı şə­kil­də söh­bət aç­ma­sı, də­li­lə­ri əya­ni ola­raq gös­tə­rib on­la­rın psi­xi ha­lət və xəs­tə­lik­lə­ri­nin xü­su­siy­yət­lə­ri haq­qın­da ən xır­da tə­fər­rüa­tı­na qə­dər da­nış­ma­sı Mir­zə Cə­li­lin də­li­lik an­la­yı­şı­nın ümu­mi ol­ma­dı­ğı­nı, həm də tib­bi ter­min ki iza­hı­nın ona mə­lum ol­du­ğu­nu gö­rü­rük.

Ədə­biy­ya­ta gə­ti­ri­lən də­li ob­raz­la­rı bə­zən hə­ya­ta, ət­raf­da baş ve­rən olay­la­ra fərq­li bir ba­xı­şın və ya unu­dul­muş bir mə­su­miy­yə­tin, ya­xud da heç ki­min cə­sa­rət edib söz de­yə bil­mə­di­yi an­lar­da hay­qı­ran haqq sə­si­nin tə­cəs­sü­mü­nə çev­ri­lir. Bu ob­raz­la­rın kö­mə­yi ilə ya­zı­çı bir çox müb­həm və çə­tin möv­zu­la­ra asan­lıq­la mü­ra­ci­ət et­sə də, mü­əy­yən mə­qam­lar­da onun işi da­ha da çə­tin­lə­şir. Də­li­nin di­li­ni onun tə­bii da­nı­şıq nor­ma­la­rı­na sal­maq, onu bə­dii for­ma­ya gə­ti­rə­rək ümu­mi məq­sə­də­uy­ğun nə­ti­cə əl­də edə bil­mək, ağ­lı ba­şın­da ola-ola, yə­ni də­li ol­ma­dan, də­li­li­yin bəxş et­di­yi üs­tün­lük­lər­dən fay­da­lan­ma­ğı ba­car­maq mü­əl­lif­dən bö­yük us­ta­lıq tə­ləb edir.

Mir­zə Cə­lil Məm­məd­qu­lu­za­də də­li­lik möv­zu­su­na həsr et­di­yi “Də­li yı­ğın­ca­ğı” və “Ər” dram əsər­lə­rin­də döv­rün si­ya­si, ic­ti­mai və mə­də­ni hə­ya­tın­da­kı ça­tış­maz­lıq­la­rı, qa­ran­lıq mə­qam­la­rı, xao­su, cə­ha­lə­ti və möv­hu­ma­tı kəs­kin tən­qid atə­şi­nə tu­ta­raq, yu­xa­rı­da qeyd et­di­yi­miz üsul­dan mü­kəm­məl şə­kil­də is­ti­fa­də­nin ör­nə­yi­ni ver­miş, qüd­rət­li söz us­ta­sı ol­du­ğu­nu bir da­ha sü­but et­miş­dir.

Cə­lil Məm­məd­qu­lu­za­də­nin “Də­li yı­ğın­ca­ğı” tra­gi­ko­me­di­ya­sı dün­ya ədə­biy­ya­tın­da də­li­lik möv­zu­sun­da ya­zıl­mış qiy­mət­li şe­devr­lər­dən bi­ri­dir.

 

Pənah Mehti

Bölmə : Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10