Mirzə Cəlil, yoxsa Əli bəy? – İlham Tumas

13 Baxış

10

Dər­ya­lar özün­də çirk­li şey­lər sax­la­ma­dı­ğı ki­mi ta­rix də heç bir sax­ta­kar­lı­ğı, ya­la­nı, bəzə­mə­ni qə­bul eləmir. Bun­la­rı sax­la­maq, giz­lət­mək olar, ancaq mü­əy­yən za­man müd­də­ti­nə. Dövr ke­çər, il­lər, qə­ri­nə­lər ötər, hər şey tam açıqlığı ilə aş­kar olar.

Bi­zim So­vet döv­rü­nə bir əsas­lı ira­dı­mız da o olub ki, ta­rix­şü­nas­lı­ğı­mız olub-ke­çən­lə­rə yal­nız bir priz­ma­dan bax­ma­ğa va­dar edi­lib. Yəni, o illərdə in­san­la­rın əməl­lə­ri­nə yal­nız So­vet ideo­lo­gi­ya­sı ba­xı­mın­dan qiy­mət ve­rə bi­lər­din. Gu­ya on­la­rın zər­rə qə­dər də ol­sa, əyər-əs­kik­lə­ri ol­ma­yıb, heç vaxt səhv et­mə­yib­lər, ha­mı­sı Al­la­hın ba­cı­sı uşaq­la­rıy­mış, ətək­lə­rin­də na­maz qıl­maq olar­mış. An­caq So­vet­lər Bir­li­yi­nin qu­rul­ma­sın­da önəm­li rol oy­na­mış in­qi­lab­çı­­dan, Azər­bay­ca­nın müs­tə­qil­li­yi yo­lun­da kü­lüng çal­mış hər bir ziyalıya, fə­dai­yə qə­dər bü­tün qism in­san­la­rı­mı­za aid olan ta­ri­xi fakt­lar, olay­lar nöqtəsi­nə, ver­gü­lü­nə qə­dər öy­rə­nil­mə­li, təd­qiq olun­ma­lı­dır. İllər əvvəl tələbəlik vaxtlarımda gör­kəm­li tür­ko­loq, pro­fes­sor To­fiq Ha­cı­yev­lə söh­bət­lə­rin bi­rin­də ondan soruşdum  ki, nə­yə gö­rə, mə­sə­lən, rus ədə­biy­ya­tın­da Puş­ki­ni dar­ma­da­ğın edən, be­lə da­hi­ni “şa­ir­liyə pa­ro­di­ya” ad­lan­dı­ran Pi­sa­rev tən­qi­di var, an­caq biz­lər­də, tu­taq ki, öz döv­rü­nə gö­rə, Mir­zə Cə­lil yo­lu­nu tən­qid edən bir cə­rə­yan yox­dur? To­fiq mü­əl­li­min “niyə yox­dur, Mir­zə Cə­li­lə qar­şı çı­xan Əli­bəy Hü­seyn­za­də mək­tə­bi olub” ca­va­bın­dan son­ra, “oxu­ma­mı­şam” de­dim. Hə, həqiqətən, o vaxtlar Əlibəy Hüseynzadəni oxumamış­dım və buna görə xey­li xə­ca­lət çək­dim. İn­di Əli­bəy Hü­seyn­za­də is­mi­nin han­sı ali mə­qam­lar­da ol­du­ğu ba­rə­də, elə də çox da­nış­ma­ğa eh­ti­yac yox­dur. Bö­yük fikir ata­sı, yo­rul­maz fə­dai və türk­çü bir ki­şi! An­caq bu mə­qam qar­şı­sın­da rəh­mət­lik Mir­zə Cə­lil bö­yük­lü­yü­nə, Mir­zə Cə­lil fə­dai­li­yi­nə, da­hi­li­yi­nə bir­cə qa­rış köl­gə dü­şür­mü? Ca­vab bəl­li! On­la­rın hər iki­si Azər­bay­can dün­ya­sı­nın, Azər­bay­ca­nın fi­kir, ide­ya aləminin nə­həng­lə­rin­dən ola­raq qa­lır­lar. Yal­nız Azər­bay­ca­na de­yil, bü­tün türk dünyası­na, bə­şə­riy­yə­tə nur sa­çan əvə­ze­dil­məz si­ma­lar­dır­lar. Za­tən bir-bir­lə­ri­ni qırsalar be­lə!

Yaxud Yu­sif Və­zir Çə­mən­zə­min­li­nin “Mü­sa­vat­çı­ya ca­vab” adlı açıq mək­tu­bunu götürək. Yusif Vəzir bu­ra­da Mü­sa­va­ta, onun müx­tə­lif rəh­bər­lə­ri­nə, hət­ta Mə­həm­məd Əmin bə­yə ən sərt ifa­də­lər ün­van­layıb. Nə edək, han­sı­nı si­lək? Mə­həm­məd Əmin bəyi, yox­sa Yu­sif Və­zi­ri? Təbii ki, heç bi­ri­ni sil­mə­li de­yi­lik, hər iki­si­ni se­və­rək­dən öyrən­mə­li, yax­şı-ya­ma­nı ilə bir yer­də ya­şat­ma­lı­yıq. Ancaq on­la­rın yan­lış­lıq­la­rı­nı bir daha tək­rar­la­mamaq şər­ti­lə… Çünki söh­bət ki­min haq­lı, ya­xud haq­sız ol­ma­sın­dan deyil, ta­ri­xin ib­rət dərs­lə­rin­dən ge­dir.

KÖŞƏ YAZARLARI
TOP 10