“Modern köləlik” – insan mənzərələri

78 Baxış

5Amerikalı fotoqraf  Liza Kristina 28 il boyunca 70 ölkə, 6 qitədə qarşılaşdığı insanların fotolarını çəkib. O, “Modern köləlik” adı verdiyi sərgisində müxtəlif ölkələrdə gördüyü insanların həyatını kameraya köçürüb. Senet.az sözügedən sərgidən fotoları və Liza Kristinanın fikirlərini təqdim edir:

 

 

 

 

 

 

Qanada 45 metr yerin altında qeyri-qanuni fəaliyyət göstərən mədən. Hava həddən artıq istidir. Hər tərəf tozludur. Nəfəs almaq çətindir. İnsanların səsini eşidir, tər iyini hiss edirəm. Ancaq onları görə bilmirəm.

13

 

 

14

 

 

12

 

 

Təxmini məlumatlara görə bugün dünyada 27 milyon insan kölə kimi yaşayır. Çoxu da yaxşı təhsil və yaxud gəlirli iş adı ilə aldadılıb, mədənlərdə qul kimi istifadə olunur. Quldarlıq dünyanın hər yerində mövcuddur. Ancaq qəribə odur ki, köləlik  dünyanın hər yerində də qadağan edilib.

11

 

 

 

9

 

 

8

 

 

Hindistan və Nepalda kərpic fabrikasına getdim. Bu mənzərəni Dantenin cəhənnəminə girmək deyərdim. Həm də heç də şişirtmiş olmaram. Bütün ailə istinin altında kərpicləri başlarında daşıyırlar. 18 kərpici uzaq məsafəyə qədər daşıyırlar. Özü də bunu gün ərzində 16-17 saat edirlər. Nə yemək nə də istirahət üçün fasilə verilmir.

10

 

7

 

 

6

 

 

Köləlik deyildiyində ağla gələn ilk yerlərdən biri də toxuculuq sənayesidir. Hindistanda bir ailə ipək boyayırlar. Qara rəngli əllər ataya, mavi və qırmızı əllər isə evin oğullarına aiddir. Böyük çəlləklərdə boyaları qarışdırırlar.

 

5

 

 

Volta gölündə 4 minə yaxın uşaq kölə kimi istifadə  edilir. Bura dünyanın ən böyük süni gölüdür. Bu mənzərəni görəndə düşündüm ki, iki qardaş göldə balıq tuturlar. Əslində isə belə deyildi. Bu uşaqlar hamısı kölədirlər.  Uşaqlar ailələrindən alınaraq, burada işləməyə məcbur edilir.

3

 

4

 

 

Ağlı kəsəndən bu göldə işləyir. Ağasından qorxduğu üçün heç vaxt qaçmayacaq. Ona qarşı mərhəmətli olmadıqları üçün, o da özündən kiçiklərlə eyni cür rəftar edəcək.

Picture1

 

2

 

 

Bu uşağın adı Kofidir. Kofi belə bir balıkçı kəndindən xilas edildi. İndi uşaqlar üçün olan sığınacaqda yaşayır. Daha bir gözəl xəbərim də var. O, ailəsini tapıb. Və ailəsi ilə birlikdə xoşbəxt yaşasınlar deyə hər cür şərait yaradılıb.

15

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10