Mohsen Namju: “İran musiqisini xilas etmək istəyirdim”

95 Baxış

mohsenSenet.az məşhur müğənni Mohseb Namjunun müsahibəsini təqdim edir:

 

– İfa etdiyiniz müsiqini hansı kateqoriyaya aid edirsiniz?

 

Gənclik illərimdə ailəmin təsiri ilə sadəcə İran milli musiqisini dinləyirdim. Adətən, Məhəmməd Rıza Şeceryana, Şahram Nazeriyə və bəstəkar Hüseyn Əlizadəyə və bir neçə il əvvəl dünyasını dəyişən Pərviş Meşkatiyan və Məhəmməd Rıza Lütfiyə qulaq asırdım. 18 yaşımdan sonra xarici musiqilərlə tanış oldum. Əvvəllər alternativ şərq musiqiləri diqqətimi çəkdi. “Buddha Bar” və Amerikada musiqi ifa edən iranlı qruplar marağımı cəlb etdi. 24 yaşımda Tehran Universitetində rok və blüz ifa edən yeni dostlarla tanış oldum. Deyə bilərəm ki, ilhamımı və musiqilərimi onlardan aldım. Ümumiyyətlə, onlara çox şey borcluyam.

 

– Əlbəttəki İranda doğub-böyümüsünüz. Bəs musiqiçi kimi fars mədəniyyəti sizin üçün nə deməkdir?

 

Çox şey! Farsca dünyanın ən qədim və ədəbi baxımından ən qiymətli dillərindən biridir. Bu dil əsrlər boyunca şərqin ədəbiyyat dili olub. Dünyanın ən məşhur şair və filosofları olan Mövlanə, Hafiz və Ömər Xəyyam kimi sənətçilər əsərlərini bu dildə yazıblar. Heyranlıqla bağlandığım fars mədəniyyəti mənə dərindən təsir edib. Çünki o, zəngin mənbələrdən bəslənir.

 

– Şərq və qərb musiqisini birləşdirmək fikri necə yarandı?

Uşaqlığımız İranın şərqində Məşhəd şəhərində keçib. 12 yaşında klassik İran musiqisini öyrənməyə başladım. Bir müddət sonra da qərb musiqisi diqqətimi çəkdi. Cim Morrison, Erik Klapton kimi musiqiçiləri dinləməyi sevirdim. İran müsiqisini xilas etmək istəyirdim. Çünki ənənəvi İran musiqisi müasir zamana aid deyil və yeni nəsillərə kifayət etmirdi.

 

– Bu iki coğrafiyanın müsiqilərində bənzərliklər və fərqliliklər varmı?

– Biri ənənəvidir, digəri isə çağdaş.

 

– İranda bəzi müsiqi janrlarına müəyyən qadağalar qoyulur. Sizin kimi “underground” musiqi ifa edən gənclər İrandakı qadağalara rəğmən musiqi ilə maraqlanırlar. Onları izləyirsinizmi? Ortaq işləriniz varmı?

– Təxmini altı ildir ki, İrandan uzaqda yaşayıram. Mən yalnız musiqiçi olaraq bir iranlıyam, bir vətəndaş kimi iranlı deyiləm. Hazırda tam səmimi deyirəm ki, mənəvi baxımından İranla bağlı bir çox şeyi unutmuşam.

 

– Qərbdə musiqinizin bu qədər çox sevilməyinin səbəbi nədir?

– Qərb cəmiyyəti şərqin musiqi mədəniyyəti ilə çox maraqlanırlar. Buna şəxsən özüm ABŞ-da və Avropada yaşayaraq şahid oldum.

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10