“Molla Nəsrəddinin beş arvadı” Musiqili Teatrda

12 Baxış

15060950036203221253_1000x669

Azərbaycan Dövlət Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası teatrsevərlərə təqdim edilib.

Teatrdan Senet.az-a bildirilib ki, Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərovun quruluşunda hazırlanan səhnə əsərində rəsmlərin quruluşçu Nabat Səmədovaya məxsusdur.

Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ruslan Mürsəlova və Şaban Cəfərov ifa ediblər.

Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə etdiyi səhnə əsərini ilk baxışdan sadə süjet xəttinə malik olsa da, hadisələr inkişaf etdikcə əslində bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.

KÖŞƏ YAZARLARI
TOP 10