“Molla Nəsrəddinin beşinci arvadı” Musiqili Teatrda

9 Baxış

molllll
“Molla Nəsrəddinin beşinci arvadı” Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Senet.az saytına bildirib ki, yeni hazılanacaq səhnə əsəri özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beşinci arvadı” iki hissəli komediyasıdır.

Əsəri Azərbaycan dilinə tanınmış yazıçı Dilsuz Mustafayev tərcümə edib. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. “Tükdilli xalqların hər biri hesab edir ki, Molla Nəsrəddin onlara məxsusdur. Əslində isə Molla Nəsrəddin ümumilikdə türk dünyasının müdriklik, kamillik simvoludur.

Bizim tamaşamızın digərlərindən fərqi onda olacaq ki, biz hamının tanıdığı, bildiyi, amma heç kimin məhz o şəkildə,   o “qiyafə”də görmədiyi Molla Nəsrəddini təqdim edəcəyik”, – deyə quruluşçu-rejissor Əsgər Əsgərov məlumat verib.

2016-cı ilin sonuna qədər premyerasının keçirilməsi planlaşdırılır.

 

Bölmə : Manşet, Teatr