“Mona Liza”nın min bir üzü

23 Baxış

esas

Leonardo da Vinçinin “Mona Liza” əsərində əks edilmiş “sirli təbəssüm” bu gün də mütəxəssisləri və sənətsevərləri valeh edir, təsviri sənət möcüzəsi hesab olunur. Qeyd edək ki, rəssam tablonu 1503-cü ildə çəkməyə başlamış və onu bir neçə ildən sonra tamamlamışdır.  Leonardo da Vinçinin çəkdiyi şəkil, Parisdə Luvrda saxlanılır, dünyada ən məşhur və mükəmməl rəsm əsərlərindən biri sayılır.

“Mona Liza” əsərində təsvir edilmiş şəxsin prototipi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Leonardonun bioqrafyasını yazan Vasari Mona Liza əsərində təsvir edilən qadının tanınmış əsilzadələrdən olan Francesco del Giocondonun həyat yoldaşı olduğunu güman etmişdir.

“Mona Liza” rəsmində qadının sifətində qaş və kirpikləri də daxil olmaqla heç bir tük yoxdur. Bəzi tədqiqatçılara görə, Da Vinçi həmin dövrün dəbinə görə Mona Lisanı qaşsız və kirpiksiz çəkib. Lakin 2007-ci ildə fransız mühəndis Pascal Cotte bəyan etdi ki, “ultra high resolution scan” zamanı Mona Lisanın əslində qaş və kipriklərlə təsvir olunduğu müəyyən olmuşdur. Çox güman ki, onlar zamanla bərpaetmə və təmizləmə proseslərində itmişdir.

Yüzillərdir öz sirrini qoruyan bu əsər rəssamların da diqqətini çəkmişdir. Bir çox məşhur rəssam öz “Mona Liza”sını yaratmışdır. Rəssamların fərqli baxışları ilə yaratdıqları tablolar bəzən böyük marağa səbəb olmuş, bəzən isə sadəcə olaraq gülüş hədəfinə çevrilmişdi. Senet.az məşhur rəssamların “Mona Liza” əsərlərini təqdim edir:

 

 

Paulo Rul:

paulorul

 

 

Stenli Şou:

stanli chov

 

 

Robetr Velqan və Aleks Soletto:

robert uelqan

 

 

Mark Brayn:

markbrayn

 

 

Viktor Molev:

mattzumbo

 

 

 

Klaudiya Lannisielo:

kladue

 

 

 

Geltin:

geltin

 

 

Pavel Zuk:

pavelzuk

 

 

Filippe Caza:

filipyacaza

 

 

Naoto Hattori:

naotohatori

 

 

Marek Dolato:

marekdolata

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Rəssamlıq
KÖŞƏ YAZARLARI
TOP 10