Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

49 Baxış

turizm2Sentyabrın 2-i Rusiyanın paytaxtı Moskva şəhərində XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. Ümumrusiya Sərgi Mərkəzində keçirilən sərgi yarmarkada 400-dən çox rus, 30-dan çox xarici dövlətin nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatları iştirak edirlər. 1987-ci ildən etibarən hər il keçirilən və dünyanın ən nüfuzlu sərgilərindən biri olan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 5 gün ərzində 500-dən artıq tədbir, məhşur şair, yazıçı, kitab sahəsinin mütəxəssisləri ilə görüşlərin keçirilməsi planlaşdırılmışdır.

Nüfuzlu sərgidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və iştirakı ilə milli nəşrlərimiz-350-yə yaxın adda kitab nümayiş etdirilir. Nümayiş olunan kitablar əsasən Azərbaycanın dövlətçiliyinə, kitab sənətinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağ probleminə həsr olunmuşdur. Sərgi günləri ərzində ziyarətçilərə Azərbaycanın turizm potensialını əks etdirən broşür və bukletlər paylanılacaqdır.
Açılış günündə milli stendi Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ziyarət edib milli nəşrlərlə yaxından tanış olublar.

Qeyd edək ki, sərgidə qonaq ölkə İrandır və zəngin proqramla təmsil olunur.

 

 

medeniyyet

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10