2-6 sentyabr tarixlərində XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, Azərbaycan kitabları da bu sərgidə təmsil olunacaq. Sərgi çərçivəsində beynəlxalq “Kitab Sənəti” müsabiqəsində qalib gəlmiş Azərbaycan kitablarının mükafatlandırma mərasimində iştirakı planlaşdırılır.
Qeyd edək ki, Moskva Kitab Sərgi-Yarmarkası nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.