Mövlud Mövludun kitabı təqdim olunacaq

5 Baxış

18619962_10207295993716734_5998393785043792105_n

Mayın 27-də mərhum gənc yazıçı Mövlud Mövludun “Çətirsiz” adlı hekayələr kitabının təqdimatı keçiriləcək.

Senet.az-ın verdiyi xəbərə görə, saat 12-dən 14-dək davam edəcək təqdimat mərasimi M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında olacaq.

Kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun övladına bağışlanacaq.

Xatırladaq ki, Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən “Çətirsiz”in tərtibçisi Kəramət Böyükçöl, redaktoru Ağa Cəfərlidir.

Tanınmış yazıçı Kamal Abdullanın ön sözü ilə açılan kitabda Mövlud Mövludun hekayələri və məqalələri toplanıb.

KÖŞƏ YAZARLARI
TOP 10