Müәllimlәr – Üzeyir Hacıbəyli

31 Baxış

2

Nә ki, müәllim var, hamı nervinnidir. Bunun da üç sәbәbi var: ikisi xüsusi, biri ümumi.

Xüsusi sәbәbin birisi budur:

Müәllim:

- Ax! Sәn yenә dәrsini bilmirsәn? A gәdә, sәn mәnim ciyәrlәrimi yandırdın.  (ürәyindә). Mәn bu cürә uşaqlarla başıma nә daş salım? Bir yandan da deyirlәr ki, gәrәk, uşaqdarın doxsan prosenti yaxşı oxusun (şagirdә). Әdә, düz otur, yoxsa, bir şapalaq çәkәrәm ki, dörd saat fırlanarsan.

Şagirdlәr:

- Pah atannan yeri, dörd saat a! Uçitel cinnәnibdir lәzzәti var.

Müәllim:

- Mәn burada sizdәn ötәri can çürüdürәm, siz qulaq asmırsınız. Pәs, haçan siz adam olacaqsınız?

Dәlәduz şagird:

- Heç vaxt.

Müәllim:

Yüz kәrәdir ki, bu dәrsi mәn sizә qandırıram, amma siz heyvan kimi heç zad anlamırsınız. Di qulaq asın, bir dә tәzәdәn deyim … (ürәyindә). Ax, bu uçitellik nә çәtin şey imiş. Adamı lap öldürür, canını alır.

Bu cürә müәllimlәrә demәk lazımdır ki, iş ustadından qorxar, nәinki ustad işdәn.

***

Xüsusi sәbәbin ikincisi budur:

Müәllim.

- Hә, kim dәrsini bilir, düz otursun, bilmәyәnlәr dә yavaş-yavaş әzbәrlәsinlәr  (ürәyindә). Daha bu uçitellikdәn murdar bir sәnәt dә uçitellikdir.

Şagird:

- Mirzә bәs tәzә dәrs vermәyәcәksәn?

Müәllim:

- Verәcәyәm, sonra … (ürәyindә). Rәhmәtlik oğlu, mәndә tәzә dәrs vermәk hәvәsi var ki? Bir tuği-lәnәtdir keçib boynuma. Әlacım olsa, günü bu gün uçitelliyi tollaram cәhәnnәmә, rәdd olsun.

Şagird:

- …