Müәllimlәrimizin keçmiş günlәrindәn – Üzeyir Hacıbəyli

8 Baxış

2

Heç xәbәrin oldumu ki, Mirzәqulu ilә nә sluçitsa oldu?

- Yox, a çto?

- Pah! Bir görәydin ki, direktor ona nә yaman vıqovor elәdi.

- Mәn ölüm?!

- Yey boqu, sәn ölәsәn!

- Yәni bizim Mirzәquluya ha?!

- Bizim Mirzәquluya!

- Direktor vıqovor elәdi?

- Direktor stroqi vıqovor elәdi!

- Yaxşı, nә üçün, poçemu?

- Potomu çto, dünәn Mirzәqulu gedib direktorun yanına Levitskinin yazdığı uçebniki aparıbdır ki, vaşe provosxoditlstvo, yaxşı olardı ki, bu kitabı kәnara qoyub, öz sinәmizdәn dәrs verәydik. Direktor soruşub ki, “Poçemu?”. Bu da cavab veribdir ki, “Potomu çto bu yazılan şeylәr ilә uşaqları interesovat elәmәk olmur….” “Elә bunu deyәn kimi direktor dik ayaq üstә qalxıb bir çığır-bağır elәyib ki, Mirzәqulu deyir, “Az qaldı qulaqlarım batsın”. Başlayıb ki, “Da kak vı smeyete! Sәnin nә cürәtin var ki, ustanovlenii proqramda olan kitabı tullayasan?! Kim sәni poneçitel tikibdir…. Ya vam takoy musulmanski dux zadam, çto i duxa vaşeqo tut ne budet!! Qәrәz, bir çox ağır sözlәr deyib, sonra da pribavit elәyibdir ki, “ya o vaşey derzosti donoşu qospodinu popeçitelyu”.

- Çox da yaxşı olubdur, belә çox gözәl olubdur. Hәlә bu, Mirzәquludan ötrü azdır.

- Neyçün, balam?

- Әşi, sәn bilmirsәn ki, Mirzәqulunun bәzi vәdә başına necә qlupi vıdumkalar gәlir. Görürsәn, birdәn dәrsin arasında başlayır uşaqlara nağıl deyir vә ya baxırsan ki, müsәlman havaları oxudur…. Min dәfә demişәm ki, әdә, belә elәmә, direktor bilәr, sәnә vıqovor elәr, xalq arasında bәdnam olarsan. Deyir, “Әşi, direktor nә bilir….”

Bir dәfә gedib görürәm ki, kәndin adamlarını başına yığıb rus zakonlarından nağıl edir. Deyirәm: evin yıxılsın, sәni bura dәrs demәyә göndәriblәr, yoxsa deyiblәr ki,  get, camaata yuristlik elә?! Mәn sәnә deyim: bir az keçmәz, görәrsәn ki, Mirzәqulunu qovdular, vallah.

- Elәdir, hә! Direktor onu yaman nenavidit elәyir.

- Bilirsәn nә var? Sözün doğrusu, onun qovulmağı yaxşıdır. Çünki, canım, o bizi dә naçalstva qabağında rüsvay elәyir….

- Bәs, elә isә, yaxşısı budur ki, Mirzәquludan gen gәzib direktora da bildirәk ki, bizim onunla heç bir әlaqәmiz yoxdur. Yaxşı deyilmi!

- Koneçno! Koneçno! Әlbәttә, yoxsa ki, qurunun oduna nә üçün yaş da yansın…. Mәn bunu çoxdan demişәm vә gәrәk elә elәyәk. Paka! Nu, xudahafiz!

- Hәlә ki, dosvidaniya.