Yazıçı Mübariz Cəfərlinin “Bərpaçı” romanı İranda nəşr olunub.
Müəllifin “Ədəbiyyat qəzeti”nə verdiyi məlumata görə, roman Tehranın nüfuzlu “Əndişeyi-nou” nəşriyyatında “Yuxu” adı ilə çapdan çıxıb.
Kitabı ərəb əlifbasına Elyar Polad çevirib…
Son illər Azərbaycan romanının ən yaxşı nümunələrindən biri sayılan əsərin güneyli oxucular tərəfindən də rəğbətlə qarşılanacağı gözlənilir.