Mübariz İbrahimov haqqında cizgi-roman hazırlanır

103 Baxış

mubarizFilologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin ssenarisi əsasında Milli Qəhrəman Mübariz İbrahimov haqqında Azərbaycanın ilk cizgi-romanı hazırlanır. Cizgi-romanın rəssamı Vasif Səftərovdur.

Senet.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Şəmil Sadiq məlumat verib. O, bildirib ki, cizgi-romanın hazırlanmasında əsas məqsəd gələcəyimiz olan uşaqların Vətənə, torpağa, milli mənəvi dəyərlərimizə hörmət ruhunda böyüməsi, onların qəhrəmanlarımızı tanımasıdır.

Yaxın vaxtlarda oxuculara təqdim olunacaq cizgi-romanın üzərində son tamamlama işləri aparılır.

ibrahimov

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10