“Mücrü” kitabının təqdimatı olub

9 Baxış

1568875307381588021_1000x669

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq yazıçısı, görkəmli alim və pedaqoq Gülhüseyn Hüseynoğlunun seçilmiş əsərlərinin yer aldığı “Mücrü” kitabının təqdimatı keçirilib.

Senet.az xəbər verir ki, AMEA-nın dəstəyi ilə nəşr olunan kitabın redaktoru və “Ön söz”ün müəllifi akademik Teymur Kərimlidir.

Tədbiri AYB-nin katibi İlqar Fəhmi açaraq G.Hüseynoğlu yaradıcılığını yad etdiklərinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sovet hakimiyyəti illərində azadlıq uğrunda mübarizə aparan yazıçının məşəqqətli həyatından söhbət açıb.

Sonra yazıçının yaradıcılığı haqqında ətraflı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının Azərbaycan ədəbiyyatının inkişafındakı mühüm rolundan bəhs edib.

Kitabın ideya müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadə Mikayıl Müşfiq şeirlərinin vurğunu olduğunu və şairin yaradıcılığını dərindən araşdıran G.Hüseynoğluna böyük rəğbət bəslədiyini söyləyib.

G.Hüseynoğlu yaradıcılığı və şəxsiyyətindən bəhs edən akademik Teymur Kərimli mənsur şeir ustası G.Hüseynoğlunun Avropa və rus ədəbiyyatından daha çox, məhz klassik Azərbaycan ədəbiyyatı ənənələrinə söykəndiyini vurğulayıb. T.Kərimli yazıçı ilə bağlı xatirələrini də bölüşüb.

Tədbirdə, həmçinin akademik Abel Məhərrəmov, filologiya üzrə elmlər doktorları – Vaqif Yusifli, Məmməd Əliyev və digərləri çıxış edərək G.Hüseynoğlu ilə bağlı xatirələrini bölüşüb, yazıçının antisovet fəaliyyətindən, azadlıq uğrunda mübarizəsindən danışıblar.

Sonda yazıçının oğlu Toğrul Abdullayev kitabın nəşrinə görə AMEA rəhbərliyinə və tədbirin iştirakçılarına öz minnətdarlığını bildirib.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10