Muğam ifaçılarının respublika müsabiqəsi

16 Baxış

15187829874836512669_1000x669

Fevralın 19-dan Bakıda xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsinə başlanılacaq. Müsabiqə Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə Milli Konservatoriyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Konservatoriyada gerçəkləşəcək seçim turlarına 15 xanəndə və 21 instrumental ifaçı olmaqla ümumilikdə 36 iştirakçı qatılacaq.

Fevralın 24-dək davam edəcək müsabiqənin ilk turu fevralın 19-u və 21-də, 2-ci turu isə fevralın 23-də baş tutacaq. Fevralın 24-də qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Hər iki bölmə üzrə ayrı-ayrılıqda ilk 3 yeri (6 ifaçı) tutan iştirakçılar mart ayında keçiriləcək Beynəlxalq Muğam Müsabiqəsində iştirak etmək hüququ qazanacaqlar.

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10