Muğam Mərkəzində “Baku Brass” nəfəs alətləri konserti

6 Baxış

1491008770634942691_1000x669

Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində “Baku Brass” nəfəs alətləri ansamblının konserti keçiriləcək.

Mərkəzdən Senet.az-a bildirilib ki, konsertdə ansamblın üzvləri – Əməkdar artistlər Sirus Məmmədov (truba), Rövşən Quliyev (truba), Andrey Sabayev (valtorna), Əli Hacıyev (truba), Kamal Tapdıqov (trombon), Ucal Məmmədxan (zərb alətləri), həmçinin solistlər Leyla İbrahimova (vokal), Vəli Budaqov (klarnet) və Yeganə Tapdıqova (arfa) çıxış edəcəklər. Gecədə Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək.

Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərində və iticket.az saytından əldə etmək olar.

KÖŞƏ YAZARLARI
TOP 10