Muğam Televiziya Müsabiqəsinin finalı da təxirə salındı

22 Baxış

mugam

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermış hadisə ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınıb.

Bununla əlaqədar Muğam Televiziya Müsabiqəsinin final mərhələsi Heydər Əliyev Mərkəzində mayın 29-da keçiriləcək.

Eyni zamanda, Əməkdar Artist Tünzalə Ağayevanın mayın 22-də və 23-də Heydər Əliyev Mərkəzində nəzərdə tutulan konserti mayın 31-də və iyunun 1-də keçiriləcək. İndiyədək konsertə alınmış biletlər etibarlı sayılır. Mayın 22-si üçün alınmış biletlər mayın 31-də, mayın 23-ü üçün alınmış biletlər isə iyunun 1-də qüvvədədir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10