Muğannanın “Türfə”si

254 Baxış

Şəmil Sadiq

Ustad sənətkar İsa Muğannanın 6 il bundan öncə yazdığı, lakin hələ də nə mətbuatda, nə də kitab kimi çap olunan ƏsƏrini-”Türfə”ni çapa hazırlayıb oxuculara təqdim etmək mənim qismətimə düşməsinin misilsiz sevinci içindəyəm. Bir zamanlar  müsahibələrinin birində ömür-gün yoldaşı Firuzə xanımın “bəlkə də, bu romanın çapını görməyə İsa Hüseynovun ömrü çatmayacaq” fikrinə yazıçının “Mənim sağlığımda çap olunmalıdır” deməsi ilk baxışda baş tutmamış görünə bilər, lakin söhbətlərimizin birində Firuzə xanımın “kaş allah mənə o qədər ömür verə idi ki, İsa ölənə qədər ona özüm qulluq edərdim” fikrinə “o, mümkün deyil, çünki mən əbədi yaşayacağam”,– deyib gülümsəməsi onu ifadə edir ki, bəli, Muğanna ölməyib,  əbədi yaşayır və bu gün də ƏsƏrinin çapını görüb sevinir.

“Türfə” ƏsƏrinin Muğannanın cismani sağlığında çap edə10403263_413895108777455_3514404838144489315_n bilməməyimin yeganə səbəbi ƏsƏrin əlyazmasının özündə də qalmaması idi. Bir gün mənə dedi ki, İntiqam Qasımzadəyə veridiyim nüsxə Nizamidədir (AMEA-nın müxbir üzvü Nizami Cəfərovu nəzərdə tuturdu.). Nizami müəllimlə görüşüb romanı istədim. İsa Muğannaya olan rəğbətimi bilən Nizami müəllim sorğu-sualsız verdi. Nadir bir tapıntı əldə etdiyimi düşünürdüm. Onun bütün oxucuları kimi, onun SafAğ elmi konsepsiyasında yazılan yeganə əsəri idi ki, oxumamışdım. Ətrafında o qədər söz-söhbət gəzirdi ki, sanki bunu tapıb oxumaq bir heyatı məsələyə çevrilmişdi. Müsahibələrinin birində “Amma əsərlərimin hamısı çap olunmayıb. Bir povestim çap edilməyib. Orda çox ciddi məsələlər qaldırmışam. O povest çap olunsa, bizim həyatımızda böyük dəyişiklik ola bilər. “Azərbaycan” jurnalına təqdim etdim, İntiqam Qasımzadə bildirdi ki, sən bu əsərlə inqilab edirsən, bunu çap etsək, başım bəla çəkər. Bu əsəri bir alimə oxumaq üçün verdim. O alim də Dövlət Təhlükəsizlik orqanında işləyirmiş, aparıb verib ora. Onlar da mənə deyirlər ki, əsərin çap olunacaq. Nə vaxt çap olunacaq, bilmirəm. Ancaq özlərinin işçiləri var ki, ədəbiyyatla maraqlanırlar, elmli adamlar kimi tanınırlar, onlar hamısı bunu oxuyublar” deməsi Xalq şairi Zəlimxan Yaqub demiş, “sirr qoxuyan” kişinin sirr qoxuyan əsərinin dəyərini bir daha artırırdı.

Sonra əlbəttə ki, həyat yoldaşı Firuzə xanımla, qızı Sevinc Muğanna ilə məsləhətləşdim. Firuzə xanımın sevinclə qarşılaması və bunu hökmən etməli olduğumuzu deməsi ilə əsəri oxuculara təqdim etdik.

            Roman ətrafında çoxlu söz söhbət gəzir indiyə qədər. Çap edilməməsində də səbəb cəmiyyətimizin həssaslığını nəzərə almaq idi. Romanı oxudum və “İdeal” kimi bir roman müəllifinin ikinci bir dalğa yaradacaq əsəri hesab etdim. İsa Muğanna bir yazar idi. Heç bir zaman birbaşa tarixçi,araşdırmaçı olması iddiasına düşməmişdi. Ədəbiyyat nümayəndəsi isə öz fikirlərini deməkdə azad və və sərbəstdir. Düşüncə inqilabını da, məhz bu cür böyük sənətkarlar yaradırlar. Əminəm ki, oxucular intellektual şəkildə ƏsƏrə yanaşacaq və müəllifin subyektiv (düşünürəm ki, yazarın böyüklüyü məhz onun subyektivliyindədir) fikirlərinə hörmət edəcəklər. İsa Muğannanın dinin batininə enməsi, onu cahil “mollalar”ın əlindən alması və Saf Ağ bir elm kimi təqdim etməsi maraqla qarşılanacaqdır.

 

KÖŞƏ YAZARLARI
TOP 10