10-11 oktyabr 2016-cı il tarixlərində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan Senet.az sayına verilən məlumata görə, tədbirdə Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri, tədqiqi və təbliğinə dair məruzələr dinləniləcək.