Mühacirət tarixinə həsr olunmuş kitablarla bağlı imza günü keçiriləcək

7 Baxış

105986_aiswiet6n0

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin 4 il ərzində Türkiyədə bu dövrə aid topladığı materiallar – fotolar, sənədlər “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çap olunub.

“Teas Press” Nəşriyyat Evindən Senet.az-a verilən məlumata görə, müəllifin “Fərqlilər” kitabında mühacirlərlə yanaşı Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib.

Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib.