Müharibə dəhşətləri şəxsi arxiv materialları əsasında nümayiş edilib

32 Baxış

aziz

Əlyazmalar İnstitutunda faşizm üzərində qələbənin 70 illiyi münasibətilə yığıncaq keçirilib.

Tədbirdə İnstitutun şöbə müdiri fil.ü.f.d.Mehri Məmmədova “Müharibə dəhşətləri şəxsi arxiv materialları əsasında”, elmi katib, fil.ü.f.d.Əzizağa Nəcəfov “Böyük Vətən müharibəsi illərində Azərbaycan bədii ədəbiyyatında müharibə və vətənpərvərlik mövzusu” və tar.ü.e.d. Tahirə Həsənzadə “Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin rolu” adlı məruzə ilə çıxış etdilər.

Görkəmli tədqiqatçı, polkovnik-leytenant Şəmistan Nəzirli öz çıxışında İkinci Dünya müharibəsində böyük qəhrəmanlıq göstərmiş, lakin həmin dövrdə layiqli mükafatını ala bilməmiş Azərbaycan oğulları barədə maraqlı məlumatlar verdi. AMEA-nın Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi, arxa cəbhə veteranı Cabbar Bəylərov müharibə dövründə Azərbaycan xalqının arxa cəbhədəki fəaliyyəti barədə xatirələrini danışdı. Sonda İnstitutun rəhbərliyi arxa cəbhə veteranı Cabbar Bəylərova hədiyyələr təqdim etdi.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10